12px13px15px17px
Tarix:05/08/15

2020-ci ildə virtual reallıq qurğularının tədarükü 38 milyona yaxınlaşacaq

“Apple Watch” smart saatının çıxarılması daşınan elektronika bazarında kəskin artım yaratmadı.

Bununla əlaqədar əksər şirkətlər başqa istiqamətlər üzrə çalışmağa başlayıb və onların arasında ən perspektivli istiqamətlərdən biri virtual reallıq (“VR”, “Virtual Reality devices”) qurğularıdır. Tayvanın “TrendForce” tədqiqat şirkətinin bölməsi “Topology Research Institute”-un ekspertləri bu haqda məlumat verib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ildə az sayda “VR” qurğu bazara çıxarılacaq, ancaq artıq növbəti il virual reallıq qurğularının tədarükü 14 milyona yaxınlaşa bilər.
 
"Smart saatlarla müqayisədə virtual reallıq qurğularının perspektivi daha başa düşüləndir" – “TrendForce” tədqiqat şirkətinin daşınan elektronika sahəsi üzrə analitiki Ceyson Tsay deyib. Onun fikrincə, “VR” qurğular istifadəçini virtual audio-vizual məkanda hiss etmək imkanı yaratdığından, ilkin mərhələdə onların əsas tətbiq sahəsi kompüter oyunları ilə bağlı olacaq.
 
“TrendForce” şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə virtual reallıq qurğularının tədarükü 29 faiz artaraq 18 milyon təşkil edəcək və 2020-ci ildə 38 milyonadək yüksələcək.
 
Emil Hüseynov
 



Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024