Tarix:05/08/15
Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, Bakıda bu sürətlə internetə qoşulan abunəçiləri sayı ümumi internet istifadəçilərinin 25-30 faizini təşkil edir.
"ADSL texnologiyasından daha mükəmməl texnologiya olan optik kabel üzərindən internetə keçid işlərinin tərkib hissəsi kimi öncə yüksək sürətli internet istifadəçiləri olmaqla digər abunəçilər də optik kabel üzərindən internetə keçəcək.
Hazırda inkişaf etmiş ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə "GPON" texnologiyası əsasında qurulur.
Baş mütəxəssis buna paralel olaraq hazırda paytaxtın müxtəlif yerlərində, xüsusilə Yasamal, Xətai və Nəsimi rayonlarında "Evədək optika" (( FTTH) (Fiber to the Home)) layihəsinin həyata keçirildiyini bildirdi.
Bu zaman müştərilərin sürətli internet şəbəkəsinə, "İPTV", "VoD", videooyunlar, interaktiv oyunlara, "İP" telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir.Nəticədə hətta 100 Mb/s sürətli internet üçün etibarlı qoşulma təmin edilir.
Qeyd edək ki, passiv optik şəbəkələr "PON", "GPON" texnologiyaları vasitəsi ilə qurulur. Hazırda "PON" şəbəkələrin qurulması daha çox "FTTB" (binaya qədər optik lif) və "FTTH" (mənzilə qədər optik lif) layihələri vasitəsi ilə tətbiq olunur.
RƏVAN
“Baktelekom” abunəçilərə optik kabel üzərindən internet təklif edir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 4 Mbit/s sürətlə fiziki xətt vasitəsi ilə internetdən istifadə edən abunəçilərə optik kabel üzərindən internet təklif edir.Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, Bakıda bu sürətlə internetə qoşulan abunəçiləri sayı ümumi internet istifadəçilərinin 25-30 faizini təşkil edir.
"ADSL texnologiyasından daha mükəmməl texnologiya olan optik kabel üzərindən internetə keçid işlərinin tərkib hissəsi kimi öncə yüksək sürətli internet istifadəçiləri olmaqla digər abunəçilər də optik kabel üzərindən internetə keçəcək.
Hazırda inkişaf etmiş ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə "GPON" texnologiyası əsasında qurulur.
Baş mütəxəssis buna paralel olaraq hazırda paytaxtın müxtəlif yerlərində, xüsusilə Yasamal, Xətai və Nəsimi rayonlarında "Evədək optika" (( FTTH) (Fiber to the Home)) layihəsinin həyata keçirildiyini bildirdi.
Bu zaman müştərilərin sürətli internet şəbəkəsinə, "İPTV", "VoD", videooyunlar, interaktiv oyunlara, "İP" telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir.Nəticədə hətta 100 Mb/s sürətli internet üçün etibarlı qoşulma təmin edilir.
Qeyd edək ki, passiv optik şəbəkələr "PON", "GPON" texnologiyaları vasitəsi ilə qurulur. Hazırda "PON" şəbəkələrin qurulması daha çox "FTTB" (binaya qədər optik lif) və "FTTH" (mənzilə qədər optik lif) layihələri vasitəsi ilə tətbiq olunur.
RƏVAN
Baxış sayı: 999
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib