12px13px15px17px
Tarix:06/08/15

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi ilin sonunadək “Virtual sınaq” xidmətini istifadəyə verəcək

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (KİMM) oktyabr-noyabr aylarında "Virtual sınaq" (CTF) xidmətini istifadəyə verəcək.
 
Mərkəzdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata əsasən, hazırda biz virtual serverlərin və kadrların hazırlanması istiqamətində müvafiq işlər aparırıq və yaxın bir neçə ay ərzində xidmət istifadəyə veriləcək.
 
"Virtual sınaq" xidməti bütün dünyada məşhur olan CTF (Capture the flag) yarışması formatında çətinliklər blokundan ibarət tapşırıqlardan təşkil olunacaq.
 
KİMM-in mütəxəssislərinin sözlərinə əsasən, bu sahədə marağı olanlar əlverişli və hədiyyəli olacaq mərhələləri keçməklə həm öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər,  həm də keçilən mərhələlərə uyğun yığdıqları xallarla (müəyyən baryeri aşa bilənlər) işləmək və ya praktika keçmək məqsədi ilə mərkəzə müraciət edə biləcəklər.

Aynur Vəliyeva



Baxış sayı: 547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024