12px13px15px17px
Tarix:06/08/15

Azərbaycan şirkəti MDB və Rusiya məkanında ən yaxşı reseller kimi EMC tərəfindən “Lotus 1” mükafatına layiq görülüb

“Bakinity” şirkəti EMC-nin EMEA regionunda ilkin səviyyəli həllər reselleri üçün təşviq proqramı çərçivəsində “Lotus 1” komandasının mükafatına layiq görülüb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təşviq proqramı 2014-cü ilin yayında başlayıb və EMC şirkəti tərəfindən 2015-ci ilin sonunadək uzadılıb. Proqramın iştirakçısı olan resellerlər üçün satış nəticələri əsasında yeni təşviq formatları müəyyənləşdirilib. “Lotus 1” komandasının mükafatını ilkin səviyyəli sistemlərin ən çox satan və ya öz regionunda ən yüksək artım tempi nümayiş edən    reseller alır.
 
“Bakinity” şirkəti bu ilin aprel ayında MDB və Rusiya resellerləri arasında ən yüksək satış göstəricisi nümayiş etdirib.
 
Şirkət Azərbaycan İT-də 2001-ci ildən etibarən fəaliyyət göstərir, 2014-cü ildən etibarən isə Qırğızıstan və Tacikistan bazarlarına çıxışı ilə fəaliyyət sahəsini genişləndirib. 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024