Tarix:06/08/15
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq davam etdirilən əlaqələrdən söz açan nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu bildirib.
Xüsusən İsrail-Azərbaycan əməkdaşlığında yüksək texnologiyaların vacib istiqamət olduğunu nəzərə çatdıran Ə.Abbasov İsrailin bu sahədə aparıcı dövlətlərdən olduğunu, onun zəngin təcrübəsindən Azərbaycanın da yararlana biləcəyini vurğulayıb.
Daha sonra diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsinə verdiyi töhfəyə və göstərdiyi xidmətlərə görə səfirə təşəkkürünü bildirən Ə.Abbasov diplomata gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Öz növbəsində, Rafael Harpaz İsrail Dövləti ilə Azərbaycan arasında uğurla davam edən əlaqələrin hər iki tərəfdə razılıq yaratdığını, bu münasibətlərin inkişafında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin özünəməxsus çəkisi ilə seçildiyini diqqətə çatdırıb.
Əməkdaşlığın genişləndirilməsində “BakuTel” Beynəlxalq sərgi-konfransının rolunu da xüsusi vurğulayan R.Harpaz sonuncu sərgidə İsrail şirkətlərinin “İsrail Milli Pavilyonu” adı altında təmsil olunduğunu xatırladıb, cari ildə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan-İsrail Ticarət Palatasının birgə təşkil edəcəyi “İsrail-Azərbaycan Startaplar Forumu”nun uğurlu keçməsinə lazımi dəstəyin göstəriləcəyini deyib.
Səfir əməkdaşlığın bundan sonra da bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində dostluq və etimad müstəvisində davam etdiriləcəyinə əminliyini ifadə edib.
Diplomatik xidməti zamanı əlaqələrin inkişafına verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını da ifadə edən səfir ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.
RYTN-də Azərbaycanda diplomatik fəaliyyəti başa çatan İsrail səfiri ilə görüş keçirilib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşüb.“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq davam etdirilən əlaqələrdən söz açan nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu bildirib.
Xüsusən İsrail-Azərbaycan əməkdaşlığında yüksək texnologiyaların vacib istiqamət olduğunu nəzərə çatdıran Ə.Abbasov İsrailin bu sahədə aparıcı dövlətlərdən olduğunu, onun zəngin təcrübəsindən Azərbaycanın da yararlana biləcəyini vurğulayıb.
Daha sonra diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsinə verdiyi töhfəyə və göstərdiyi xidmətlərə görə səfirə təşəkkürünü bildirən Ə.Abbasov diplomata gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Öz növbəsində, Rafael Harpaz İsrail Dövləti ilə Azərbaycan arasında uğurla davam edən əlaqələrin hər iki tərəfdə razılıq yaratdığını, bu münasibətlərin inkişafında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin özünəməxsus çəkisi ilə seçildiyini diqqətə çatdırıb.
Əməkdaşlığın genişləndirilməsində “BakuTel” Beynəlxalq sərgi-konfransının rolunu da xüsusi vurğulayan R.Harpaz sonuncu sərgidə İsrail şirkətlərinin “İsrail Milli Pavilyonu” adı altında təmsil olunduğunu xatırladıb, cari ildə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan-İsrail Ticarət Palatasının birgə təşkil edəcəyi “İsrail-Azərbaycan Startaplar Forumu”nun uğurlu keçməsinə lazımi dəstəyin göstəriləcəyini deyib.
Səfir əməkdaşlığın bundan sonra da bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində dostluq və etimad müstəvisində davam etdiriləcəyinə əminliyini ifadə edib.
Diplomatik xidməti zamanı əlaqələrin inkişafına verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını da ifadə edən səfir ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.
Baxış sayı: 723
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı