Tarix:06/08/15
“Teleradio”dan “ICTnews “ xəbər xidmətinə verilən məlumata əsasən, yaxın zamanda istehsalat birliyi ölkənin 7 regionunda, o cümlədən Qubanın, Şabranın, Lerikin, Qazaxın, Şəmkirin və Bərdənin bəzi kəndlərində yeni vericilər quraşdırmaq niyyətindədir.
“Bu gün artıq bu regionlarda rəqəmli yayımın genişləndirilməsi üçün Milli Teleradioyayım Şurası tərəfindən kanal ayrılıb və ilin sonuna kimi biz bu istiqamətdə işlərimizi başa çatdırmaq niyyətindəyik”, - deyə “Teleradio”dan bildiriblər.
Ümumilikdə bu ilin əvvəlindən ölkə ərazisində 19 verici quraşdırılıb. Bununla yanaşı, Beyləqanda Azərbaycanın efir məkanını kənar müdaxilələrdən mühafizə etmək məqsədi ilə xüsusi yayım vericisi quraşdırılıb. Bu gün artıq ölkə ərazisinin 99 faizində sosial yayım paketi tətbiq edilib və hazırda ucqar ərazilərdə kiçik vericilərin quraşdırılması vasitəsi ilə rəqəmli yayımın tam əhatəsi təmin edilir.
Aynur Vəliyeva
“Teleradio” regionlarda rəqəmli sosial yayım paketinin tətbiqi şəbəkəsini genişləndirir
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi analoq yayımı davam etməklə rəqəmli DVB-T və DVB-T2 standartında kommersiya və sosial yayım şəbəkəsini genişləndirməkdə davam edir.“Teleradio”dan “ICTnews “ xəbər xidmətinə verilən məlumata əsasən, yaxın zamanda istehsalat birliyi ölkənin 7 regionunda, o cümlədən Qubanın, Şabranın, Lerikin, Qazaxın, Şəmkirin və Bərdənin bəzi kəndlərində yeni vericilər quraşdırmaq niyyətindədir.
“Bu gün artıq bu regionlarda rəqəmli yayımın genişləndirilməsi üçün Milli Teleradioyayım Şurası tərəfindən kanal ayrılıb və ilin sonuna kimi biz bu istiqamətdə işlərimizi başa çatdırmaq niyyətindəyik”, - deyə “Teleradio”dan bildiriblər.
Ümumilikdə bu ilin əvvəlindən ölkə ərazisində 19 verici quraşdırılıb. Bununla yanaşı, Beyləqanda Azərbaycanın efir məkanını kənar müdaxilələrdən mühafizə etmək məqsədi ilə xüsusi yayım vericisi quraşdırılıb. Bu gün artıq ölkə ərazisinin 99 faizində sosial yayım paketi tətbiq edilib və hazırda ucqar ərazilərdə kiçik vericilərin quraşdırılması vasitəsi ilə rəqəmli yayımın tam əhatəsi təmin edilir.
Aynur Vəliyeva
Baxış sayı: 734
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı