12px13px15px17px
Tarix:06/08/15

“Myvideo Smart Box”: telekanal və video izləmək üçün ağıllı cihaz

Ölkənin ən iri kabel televiziyası operatoru KATV1 internet vasitəsilə televizorda telekanal və video izləmək üçün nəzərdə tutulan "Myvideo Smart Box" cihazını təqdim etdi. KATV1-dən verilən məlumata əsasən, bu "ağıllı" cihaz istənilən televizoru Smart TV-yə çevirməyə imkan verəcək.
 
 
"Myvideo Smart Box" sahibləri milli televiziya kanallarının hamısını pulsuz izləyə biləcək, pullu abunəyə (ayda 10 manat) qoşulduqda isə xarici kanalları da izləmək imkanını əldə etmiş olacaqlar. 
 

Bundan əlavə, "Myvideo Smart Box" vasitəsilə müasir film, serial, həmçinin klassik kinolarla zəngin olan “myvideo.az” saytının geniş videotekasına da daxil olmaq olar. Onu da qeyd etmək lazımdır ki, sözügedən "ağıllı" cihaz vasitəsilə istifadəçilərin yüklədiyi həvəskar videoları və ya brendləşdirilmiş internet-kanalları da izləmək mümkündür.
 
"Myvideo Smart Box"-un xüsusiyyətlərindən biri də televizordan “Skype”, “Instagram”, “Facebook” və “Youtube” kimi məşhur proqramlara çıxış imkanının olmasıdır. Məsələn, televizorun böyük ekranından istifadə etməklə “Skype” vasitəsilə qohum və yaxınlarınızla daha rahat ünsiyyət yaratmaq, “Youtube”-da müxtəlif videoları izləmək və ya “Facebook”-da dostlarınızla yazışmaq olar.
 
"Əsas məqsədlərimizdən biri dünya azərbaycanlıları üçün milli kanalları izləmək imkanını təmin etmək. "Myvideo Smart Box" bunu televizorla etməyə imkan verir ki, bu da çox rahatdır. Demək olar ki, istənilən bir azərbaycanlı dünyanın istənilən bir yerindən telekanallarımızı izləyib özünü vətənə daha yaxın hiss edə bilər. Bu məsələyə dair yardım əldə etmək məqsədilə “Myvideo.az” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etməyi planlaşdırır. “Myvideo.az” Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərini də "Myvideo Smart Box" cihazı ilə təmin etməyə hazırdır", - deyə Əli Əliyev qeyd etdi.
 
Qeyd etmək lazımdır ki, "Myvideo Smart Box" cihazının qiyməti 50 manat təşkil edir; xarici kanalları izləmək üçün abunə haqqı isə ayda 10 manat təşkil edir. Sözügedən cihazın seçilməsi zamanı 20 istehsalçının analoji məhsullarının texniki baxımdan müqayisəli təhlili aparılıb. Cihaz 4 nüvəli prosessorla təchiz edilib ki, bu da onun yüksəksürətliliyini təmin edir. Bu cihaz vasitəsilə 110 kanalı izləmək mümkündür. Bundan əlavə, arxivləşdirmə xidmətinin yardımı ilə "Myvideo Smart Box"-un istifadəçiləri istənilən telekanalın 10 günlük arxivini də izləyə bilər.
 
Məhsulun Azərbaycan bazarına çıxarılması çərçivəsində xarici telekanal və müxtəlif servislərlə müvafiq müqavilələr da bağlanıb.
 
RƏVAN



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2018

22/10/18
“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində 

22/10/18
“Android” smartfonlarına məsafədən yeni müdaxilə üsulu tapılıb

“Checkmarx” analitik şirkətinin eksperti Lüksemburqda keçirilmiş “Hack.lu” konfransında “Android

22/10/18
NASA Marsa göndəriləcək yeni kosmik aparatın enəcəyi yeri seçib

Üçgünlük müzakirələrdən sonra astronomlar 2020-ci ildə ABŞ Kosmik Agentliyi tərəfindən Marsa 

22/10/18
“3D” printerdə işlək litium-ion akkumulyator çap edilib

Dyuk Universitetinin alimləri tərəfindən hazırlanmış xüsusi metod “3D” printerdə litium-ion akkumulyatorları 

22/10/18
“Facebook” sosial şəbəkəsinin təhlükəsizliyi gücləndirilir

“Facebook” sosial şəbəkəsinin sahibi olan eyniadlı şirkət informasiya təhlükəsizliyi sahəsində həllər hazırlayan 

22/10/18
Azərbaycanlı mühəndislər radiospektr idarəetməsi üzrə təlim alıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mühəndisləri üçün 

22/10/18
İnternetdən ən çox kişilər istifadə edir

Əksər internet istifadəçiləri kişilərdir, bir sıra ölkələrdə isə şəbəkənin qadın auditoriyası kişi auditoriyasından 

22/10/18
Yeni “Apple” qurğularının təqdimat tarixi məlum olub

“Apple” şirkəti müxtəlif nəşrlərin jurnalistlərini oktyabrın 30-da Nyu-Yorkda keçiriləcək yeni 

22/10/18
Ən etibarlı kompüter istehsalçıları bəlli olub

Kompüterlərin təmiri üzrə ixtisaslaşmış ABŞ-ın “Rescuecom” şirkəti ABŞ-da kompüterlərin etibarlılığı 

21 10 2018