BMT Azərbaycanda yeni layihələrə başlayacaq
BMT Azərbaycanda yeni layihələrə başlayacaq. Bu barədə BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broek məlumat verib. O, ikitərəfli əməkdaşlığın yüksək nəticələr verdiyini vurğulayıb.AZƏRTAC xəbər verir ki, BMT-nin Azərbaycanın bir sıra dövlət qurumları ilə reallaşdırdığı bəzi layihələri davam etdirəcəyini deyən A.Broek hazırda beş illik əməkdaşlıq planı üzərində iş aparıldığını bildirib və əlavə edib ki, bu, 2016-2020-ci illəri əhatə edəcək.
Diqqətə çatdırılıb ki, cari ilin sentyabrında BMT Azərbaycan üçün yeni dövlət proqramını təsdiq edəcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə davam edən proqram isə uzunmüddətlidir və hazırda yüksək səviyyədə icra olunur.
Vurğulanıb ki, BMT Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Ötən il gənclər siyasəti ilə bağlı reallaşdırılan tədbir də əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir.
Rezident əlaqələndirici qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları və təcrübəsi kifayət qədər çoxdur. Bu potensial ölkənin davamlı inkişafına imkan verir.
Baxış sayı: 560
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır