Tarix:07/08/15
Bu günlərdə azərbaycanlı tələbələrdən ibarət startapçıların nüfuzlu beynəlxalq müsabiqədə qalib gəlməsi ölkəmizdə gənclərin innovativ biliklərinin inkişafı üçün yaradılan şəraitin nəticəsidir.
Belə ki, Azərbaycan Respublikası Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin "Microsoft Azerbaijan" şirkəti ilə birgə start verdiyi "Microsoft Imagine Cup" innovasiya yarışmasının milli təsnifat mərhələsinin qalibi olmuş və beynəlxalq yarımfinal mərhələsini də müvəffəqiyyətlə başa vurmuş "NoObs" komandası Azərbaycanı ABŞ-ın Sietl şəhərində təşkil edilmiş final mərhələsində də uğurla təmsil edib.
"NoObs" komandası tərəfindən "Bluetooth-tənzimçilərin dəsti", eyni zamanda "Windows Phone" platformalı smartfonlar üçün proqram təminatı olan "Spinal" layihəsi təqdim edilmiş və həmin layihə müsabiqədə 2-ci yeri tutmuşdur. Gənclərin İKT sahəsinə marağının artırılması və əməyinin qiymətləndirilməsi üçün "Microsoft" şirkəti tərəfindən tələbələr arasında keçirilmiş "Microsoft Imagine Cup 2015" beynəlxalq innovasiyalar müsabiqəsində 2-ci yeri tutmuş Azərbaycan komandasının üzvləri rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasovla görüşüb.
Nazir Bakı Dövlət və Xəzər universitetlərinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadan ibarət "NoObs" komandasının bu mötəbər müsabiqənin "İnnovasiyalar" kateqoriyası üzrə təqdim etdiyi "Spinal" layihəsini yüksək qiymətləndirmiş və qalib komandanı təbrik edib.
Mərasimdə çıxış edən nazir Əli Abbasov İKT-nin inkişafı istiqamətində ölkədə yürüdülən siyasətdən, o cümlədən kiçik və innovativ sahibkarlığa, startaplara dövlət tərəfindən göstərilən qayğı və dəstəkdən söz açıb.
Ölkədə qurulmaqda olan texnoparklar şəbəkəsinin məhz bu məqsədə xidmət etdiyini deyən nazir sözügedən parklarda sahibkar kimi fəaliyyət göstərəcək rezidentlərə geniş imkanlar yaradıldığını, qanunvericiliyə əsasən, onlara bir çox güzəştlərin tətbiq ediləcəyini diqqətə çatdırıb.
Gələcək iqtisadi inkişafın təmin edilməsində İKT-nin mühüm rol oynadığını, həmçinin bilik, kapital və biznes şəraitinin vacib amil kimi önə çəkildiyini deyən nazir bu inkişafın təkanverici qolu olan startaplara daim diqqət göstəriləcəyini də vurğulayıb.
Dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycanın ilk dəfə təmsil olunaraq belə yüksək nəticə əldə etməsindən məmnunluğunu ifadə edən nazir yüksək texnologiyalar sahəsinin inkişafına hesablanan hər bir layihəyə bundan sonra da istənilən dəstəyin göstəriləcəyini qeyd edib.
Məlumat üçün bildirək ki, sözügedən müsabiqə ənənəvi olaraq üç kateqoriya üzrə keçirilib: "Dünya vətəndaşlığı, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr", "Oyunlar" və "İnnovasiyalar".
Azərbaycanlı tələbələrin "Spinal" layihəsinin məqsədi insanların oturarkən, gəzərkən və ya işlədiyi zaman onurğa sütununun mövqeyi və ona təsir edən neqativ amillərə nəzarət etməkdir. "Microsoft Imagine Cup 2015" kimi nüfuzlu müsabiqədə ikinciliyi əldə etmiş Azərbaycan təmsilçisi "Microsoft" şirkətinin Redmondda yerləşən baş ofisində təntənəli surətdə təltif edilib.
Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək "Microsoft Windows" platformalarında tətbiq etmək, innovativ proqram layihəsi hazırlamaq və yaxud "Microsoft" texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək lazımdır.
Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır.
Nazir Əli Abbasovun əmrinə əsasən "NoObs" komandasının üzvləri fəxri fərmanla təltif edilmişdir.
Sonda mükafatçılara fəxri fərman və pul mükafatları təqdim edilib.
“Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiyalar müsabiqəsində 2-ci yeri tutmuş Azərbaycan komandasının üzvləri ilə görüş keçirilib (FOTOLAR)
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə yenilik və innovativ dəyişikliklər təşviq edilir, yeni və mütərəqqi ideyaların reallaşması üçün hər bir dəstək göstərilir.Bu günlərdə azərbaycanlı tələbələrdən ibarət startapçıların nüfuzlu beynəlxalq müsabiqədə qalib gəlməsi ölkəmizdə gənclərin innovativ biliklərinin inkişafı üçün yaradılan şəraitin nəticəsidir.
Belə ki, Azərbaycan Respublikası Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin "Microsoft Azerbaijan" şirkəti ilə birgə start verdiyi "Microsoft Imagine Cup" innovasiya yarışmasının milli təsnifat mərhələsinin qalibi olmuş və beynəlxalq yarımfinal mərhələsini də müvəffəqiyyətlə başa vurmuş "NoObs" komandası Azərbaycanı ABŞ-ın Sietl şəhərində təşkil edilmiş final mərhələsində də uğurla təmsil edib.
"NoObs" komandası tərəfindən "Bluetooth-tənzimçilərin dəsti", eyni zamanda "Windows Phone" platformalı smartfonlar üçün proqram təminatı olan "Spinal" layihəsi təqdim edilmiş və həmin layihə müsabiqədə 2-ci yeri tutmuşdur. Gənclərin İKT sahəsinə marağının artırılması və əməyinin qiymətləndirilməsi üçün "Microsoft" şirkəti tərəfindən tələbələr arasında keçirilmiş "Microsoft Imagine Cup 2015" beynəlxalq innovasiyalar müsabiqəsində 2-ci yeri tutmuş Azərbaycan komandasının üzvləri rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasovla görüşüb.
Nazir Bakı Dövlət və Xəzər universitetlərinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadan ibarət "NoObs" komandasının bu mötəbər müsabiqənin "İnnovasiyalar" kateqoriyası üzrə təqdim etdiyi "Spinal" layihəsini yüksək qiymətləndirmiş və qalib komandanı təbrik edib.
Mərasimdə çıxış edən nazir Əli Abbasov İKT-nin inkişafı istiqamətində ölkədə yürüdülən siyasətdən, o cümlədən kiçik və innovativ sahibkarlığa, startaplara dövlət tərəfindən göstərilən qayğı və dəstəkdən söz açıb.
Ölkədə qurulmaqda olan texnoparklar şəbəkəsinin məhz bu məqsədə xidmət etdiyini deyən nazir sözügedən parklarda sahibkar kimi fəaliyyət göstərəcək rezidentlərə geniş imkanlar yaradıldığını, qanunvericiliyə əsasən, onlara bir çox güzəştlərin tətbiq ediləcəyini diqqətə çatdırıb.
Gələcək iqtisadi inkişafın təmin edilməsində İKT-nin mühüm rol oynadığını, həmçinin bilik, kapital və biznes şəraitinin vacib amil kimi önə çəkildiyini deyən nazir bu inkişafın təkanverici qolu olan startaplara daim diqqət göstəriləcəyini də vurğulayıb.
Dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycanın ilk dəfə təmsil olunaraq belə yüksək nəticə əldə etməsindən məmnunluğunu ifadə edən nazir yüksək texnologiyalar sahəsinin inkişafına hesablanan hər bir layihəyə bundan sonra da istənilən dəstəyin göstəriləcəyini qeyd edib.
Məlumat üçün bildirək ki, sözügedən müsabiqə ənənəvi olaraq üç kateqoriya üzrə keçirilib: "Dünya vətəndaşlığı, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr", "Oyunlar" və "İnnovasiyalar".
Azərbaycanlı tələbələrin "Spinal" layihəsinin məqsədi insanların oturarkən, gəzərkən və ya işlədiyi zaman onurğa sütununun mövqeyi və ona təsir edən neqativ amillərə nəzarət etməkdir. "Microsoft Imagine Cup 2015" kimi nüfuzlu müsabiqədə ikinciliyi əldə etmiş Azərbaycan təmsilçisi "Microsoft" şirkətinin Redmondda yerləşən baş ofisində təntənəli surətdə təltif edilib.
Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək "Microsoft Windows" platformalarında tətbiq etmək, innovativ proqram layihəsi hazırlamaq və yaxud "Microsoft" texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək lazımdır.
Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır.
Nazir Əli Abbasovun əmrinə əsasən "NoObs" komandasının üzvləri fəxri fərmanla təltif edilmişdir.
Sonda mükafatçılara fəxri fərman və pul mükafatları təqdim edilib.
Baxış sayı: 1318
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı