12px13px15px17px
Tarix:13/09/11

“BestComp Group” “Cisco”nun sertifikatlaşdırılmış “Premyer-Partnyoru” statusuna layiq görülüb

Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən “BestComp Group” 2011-ci ildən “Cisco”nun sertifikatlaşdırılmış “Premyer-Partnyoru” statusuna layiq görülüb.

“Bestcomp Group” şirkətinin mütəxəssisləri lazımi təlim kursları və sertifikatlaşdırma imtahanlarından uğurla keçdikdən sonra “Bestcomp Group” bu statusu əldə edib.

Xatırladaq ki, “Cisco” şəbəkə həlləri sahəsində dünyanın lider şirkətlərindəndir. Şirkətin təkcə “Cisco” üçün əsas sahələr olan (kommutasiya və marşrutlaşdırma) deyil, həm də İP-kommunikasiya, şəbəkə təhlükəsizliyi, simsiz şəbəkə, ev üçün nəzərdə tutulmuş şəbəkə və s. bu kimi sahələr üçün də məhsul və həlləri vardır.

Bu statusu əldə etmək “Bestcomp Group” şirkətinin mütəxəssislərinin “Cisco”nun proqram təminatının və avadanlıqlarının bazara çıxarılması, texniki dəstəyi, tətbiqi, işlənib hazırlanması sahəsində bacarığını təsdiq edir.

Qeyd edək ki, “Bestcomp Group” şirkəti 2006-cı ildə “Cisco”nun biznes tərəfdaşı statusuna layiq görülüb.



Baxış sayı: 1123

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024