12px13px15px17px
Tarix:08/08/15

ƏMDK: “Mobil ofis xidməti, “Kütləvi çıxarış” kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində keyfiyyətin yüksəldilməsi təmin edilməlidir”

Mobil ofis xidməti, “Kütləvi çıxarış” kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində keyfiyyət və vətəndaş məmnunluğunun yüksəldilməsi təmin edilməlidir. Sözgedən istiqamətlər Əmlak Məsələləri Dövlət Komitəsinin cari il üçün qarşıya qoyduğu əsas məsələlərdəndir.
 
 Komitədən qeyd edilib ki, son bir ildə getdikcə fəaliyyət dairəsini daha da genişləndirən sosial tədbir – növbəti “kütləvi çıxarış” kampaniyası Balakən rayonunda həyata keçirilib.Artıq vətəndaşlar bu kampaniyadan “bir pəncərə” prinsipinin tətbiqi ilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün ilkin xidmətlərdən yararlana bilirlər:
 
“Kampaniya əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi isə ümumiyyətlə vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınmasını əhatə edir. Kampaniya ucqar kənd sakinlərinin, rayon, şəhər mərkəzlərinə gələ bilməyən vətəndaşların komitənin mobil ofislərində mülkiyyətə dair sənədlərini təqdim etməsini və çıxarış almasını təmin edir. “Kütləvi çıxarış” kampaniyasının regionlarda təşkilinin başlıca məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir. Kütləvi çıxarış“ kampaniyası çərçivəsində artıq hər bir vətəndaşın daşınmaz əmlaklarını qeydiyyata aldırmaq üçün qanunvericiliyə uyğun olaraq “bir pəncərə”də müraciəti qəbul edilir.”
 
 
Qeyd edək ki, bu kampaniya komitənin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. Eyni zamanda, bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən aylıq mobil ofis xidməti qrafiki yerləşdirilir. Maraqlanan vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir. İndiyədək kampaniya çərçivəsində ümumilikdə 4350-ə yaxın vətəndaşa xidmətlər göstərilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024