Tarix:08/08/15
Ümumiyyətə, institutda yazılı abidələrin elektron kitabxanası yaradılır. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” üzrə Tədbirlər Planının “Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması”nın 6.4.4. bəndinə əsasən, bu gün institutda saxlanılan əlyazmaların elektron kitabxanasının yaradılması işi müasir tələblərə uyğun şəkildə aparılır.
İnstitutun zəngin xəzinəsində saxlanılan Azərbaycan, türk, ərəb, fars, özbək və başqa dillərdə olan tibbə, astronomiyaya, riyaziyyat və mineralogiyaya, fəlsəfəyə, tarix və coğrafiyaya, bədii ədəbiyyata və s. aid nadir, qiymətli əlyazmaların rəqəmsallaşdırılmasının əsas məqsədi Dövlət Proqramında göstərildiyi kimi, əlyazmalardan istifadəni asanlaşdırmaq, onların mühafizəsini təmin etmək, eyni zamanda Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələri olan əlyazmaların gələcək nəsillərə çatdırılmasıdır.
Hazırda əlyazmaların elektron kitabxanasının yaradılması işi davam edir. Həmçinin əlyazmaların elektron kitabxanasından istifadəni təmin etmək məqsədilə elektron kitabxananın yaradılması işi ilə yanaşı, türkdilli, ərəbdilli, farsdilli əlyazmaların elektron kataloqunun formalaşması ИРБИС-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi (AKİS) vasitəsilə həyata keçirilir. ИРБИС-64 AKİS-i kompüterlərə yüklənib, sistemin işçı yerləri və serveri quraşdırılıb, şəbəkə yaradılıb, əməkdaşlar üçün təlim keçirilib.
Qeyd edək ki, ИРБИС-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi vaxtaşırı yenilənir və hazırda institutun rəhbərliyi tərəfindən əldə edilmiş həmin sistemin düzəlişlər və əlavələr olunmuş son versiyası artıq tətbiq olunur.
Həqiqət İSABALAYEVA
Qiymətli əlyazmaların rəqəmsallaşdırılması davam etdirilir
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elektron resurslar bazası zənginləşir. Belə ki, Misir Mədəniyyət Mərkəzi tərəfindən hədiyyə olunmuş ərəb dilində 5 min adda kitabın elektron bazası yaxın zamanlarda oxucuların istifadəsinə təqdim olunacaq.Ümumiyyətə, institutda yazılı abidələrin elektron kitabxanası yaradılır. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” üzrə Tədbirlər Planının “Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması”nın 6.4.4. bəndinə əsasən, bu gün institutda saxlanılan əlyazmaların elektron kitabxanasının yaradılması işi müasir tələblərə uyğun şəkildə aparılır.
İnstitutun zəngin xəzinəsində saxlanılan Azərbaycan, türk, ərəb, fars, özbək və başqa dillərdə olan tibbə, astronomiyaya, riyaziyyat və mineralogiyaya, fəlsəfəyə, tarix və coğrafiyaya, bədii ədəbiyyata və s. aid nadir, qiymətli əlyazmaların rəqəmsallaşdırılmasının əsas məqsədi Dövlət Proqramında göstərildiyi kimi, əlyazmalardan istifadəni asanlaşdırmaq, onların mühafizəsini təmin etmək, eyni zamanda Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələri olan əlyazmaların gələcək nəsillərə çatdırılmasıdır.
Hazırda əlyazmaların elektron kitabxanasının yaradılması işi davam edir. Həmçinin əlyazmaların elektron kitabxanasından istifadəni təmin etmək məqsədilə elektron kitabxananın yaradılması işi ilə yanaşı, türkdilli, ərəbdilli, farsdilli əlyazmaların elektron kataloqunun formalaşması ИРБИС-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi (AKİS) vasitəsilə həyata keçirilir. ИРБИС-64 AKİS-i kompüterlərə yüklənib, sistemin işçı yerləri və serveri quraşdırılıb, şəbəkə yaradılıb, əməkdaşlar üçün təlim keçirilib.
Qeyd edək ki, ИРБИС-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi vaxtaşırı yenilənir və hazırda institutun rəhbərliyi tərəfindən əldə edilmiş həmin sistemin düzəlişlər və əlavələr olunmuş son versiyası artıq tətbiq olunur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 556
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır