12px13px15px17px
Tarix:08/08/15

Mərkəzi Elmi Kitabxanq vahid kitabxana idarəetmə sisteminin ilk modullarının daxili təqdimatını keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında vahid kitabxana idarəetmə sisteminin ilk modullarının təqdimatı və müzakirəsini həyata keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla Bəkirin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, tədbirdə kitabxananın proqramçıları tərəfindən hazırlanan proqram təminatının ilk 4 modulu daxili heyətə təqdim edilib və müzakirələr aparılıb.
 
"Ümumilikdə sistem 200 moduldan ibarət olacaq. Sistemin təkcə kitabxana hissəsi 50-60 modul təşkil edəcək. Bu il sentyabrın sonuna  qədər biz sistemin kitabxana hissəsini tam istifadəyə verməyi planlaşdırırıq", - deyə Mərkəzi Elmi Kitabxanasının direktoru bildirib.
 
Aynur Vəliyeva



Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024