Tarix:10/08/15
“AzInTelecom”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, IMS platforması 594, 595 ATS-nin əsasında tətbiq edilir.
“Hazırda biz sistem yaradılması üzrə tenderin qalibi Fransanın “Alcatel Lucent” şirkəti ilə birgə sistemin testləşdirilməsi üzrə işlər aparır və bu il oktyabr-noyabr aylarında sistemi istismara vermək niyyətindəyik”, - deyə MMC-də bildiriblər.
Yeni sistem çox böyük intellektual imkanlara malikdir. Belə ki, IMS (IP Multimedia Subsystem) - 3G.IP. qrupu tərəfindən yaradılan IP protokolu üzərindən multimedia kontentinin ötürülməsi sistemidir. İlkin mərhələdə bu sistem multimedia platforması kimi yaradılsa da, sonra birləşmələri tam nəzarətdə saxlayan və müxtəlif çıxış şəbəkələri ilə işləyən arxitekturaya çevrilib.
Multimedia kontentinin ötürülmə imkanı operatora müxtəlif intellektual xidmətlər göstərməyə və hər bir abunəçidən əldə edilən gəlirin (ARPU) həcmini artırmağa imkan verir. IP protokolunun istifadəsi isə kiçik əməliyyat xərcləri sayəsində çevik şəbəkə yaratmağa imkan verir. Bu sistemin daha bir özəlliyi onun ənənəvi vertikal arxitekturadan fərqli olaraq horizontal arxitektura malik olmasıdır.
Xatırladaq ki, “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyət bu il iyunun 26-da Beynəlxalq Hesablaşmalar və Əlaqələr Mərkəzinin əsasında yaradılıb.
Aynur Vəliyeva
“AzInTelecom” noyabradək IMS beynəlxalq kommutasiya sistemini istifadəyə verəcək
“Azerbaijan International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyət bu ilin noyabr ayınadək IMS beynəlxalq kommutasiya sistemini istifadəyə verəcək.“AzInTelecom”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, IMS platforması 594, 595 ATS-nin əsasında tətbiq edilir.
“Hazırda biz sistem yaradılması üzrə tenderin qalibi Fransanın “Alcatel Lucent” şirkəti ilə birgə sistemin testləşdirilməsi üzrə işlər aparır və bu il oktyabr-noyabr aylarında sistemi istismara vermək niyyətindəyik”, - deyə MMC-də bildiriblər.
Yeni sistem çox böyük intellektual imkanlara malikdir. Belə ki, IMS (IP Multimedia Subsystem) - 3G.IP. qrupu tərəfindən yaradılan IP protokolu üzərindən multimedia kontentinin ötürülməsi sistemidir. İlkin mərhələdə bu sistem multimedia platforması kimi yaradılsa da, sonra birləşmələri tam nəzarətdə saxlayan və müxtəlif çıxış şəbəkələri ilə işləyən arxitekturaya çevrilib.
Multimedia kontentinin ötürülmə imkanı operatora müxtəlif intellektual xidmətlər göstərməyə və hər bir abunəçidən əldə edilən gəlirin (ARPU) həcmini artırmağa imkan verir. IP protokolunun istifadəsi isə kiçik əməliyyat xərcləri sayəsində çevik şəbəkə yaratmağa imkan verir. Bu sistemin daha bir özəlliyi onun ənənəvi vertikal arxitekturadan fərqli olaraq horizontal arxitektura malik olmasıdır.
Xatırladaq ki, “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyət bu il iyunun 26-da Beynəlxalq Hesablaşmalar və Əlaqələr Mərkəzinin əsasında yaradılıb.
Aynur Vəliyeva
Baxış sayı: 980
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır