Tarix:10/08/15
Avqust ayının 10-da açılışı olan treninq sayca dördüncüdür.
Qax, İmişli, Zərdab, Ağcadəbi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm ALİSA proqramında işləmək üçün MARC 21 formatını öyrənəcək, həm də ALİSA-da iş vərdişlərini mənimsəyəcəklər.
Kitabxanadan qeyd edilib ki, AMK-in direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın və "Ultra" şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirib, iştirakçıları fəal olmağa dəvət edib, mövcud problemləri dərhal bildirməyi xahiş dib. O, öz çıxışında qeyd edib ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən iş prosesləri ilə yaxından tanış olacaq, yeni iş üsulları, yeni xidmət növlərini əyani izləyəcəklər. Treninqin sonunda müdavimlər sertifikatla təmin olunacaqlar.
Qeyd edək ki, sistemin əsas üstünlüklərinə vahid mərkəzləşdirilmiş kitabxana sistemi; ən son texnologiyaların tətbiqi ilə hazırlanmış tam təhlükəsizliyi təmin olunmuş proqram təminatı; nəşrlərin elektron versiyaya keçirilməsi - Elektron Kitabxananın yaradılması; MEK vahid kitabxana sisteminin dünyada qəbul edilmiş MARC21 standartı üzərindən yaradılması; digər yerli və dünya kitabxana sistemləri ilə inteqrasiyanın mümkünlüyü; elektron kataloq; oxucu qeydiyyatı işinin sadələşdirilməsi və tam avtomatlaşdırılması; vahid oxucu bileti – smart card; kitabverilişi prosesinin sadələşdirilməsi və tam avtomatlaşdırılması daxildir. Bundan başqa, sistem ətraflı axtarış sistemi; MEK portalın təkmilləşdirilməsi; MEK şəbəkəsinə daxil bütün kitabxanaların vahid portal daxilində səhifələrinin yaradılması, onlayn əməliyyatlar; onlayn axtarış, onlayn sifariş, onlayn rezervasiya, sistem üzrə kitabxana işi ilə əlaqədar bütün növ statistika və hesabatların əldə olunması imkanı; icazələrin rollara müvafiq idarə edilməsi; mövcud kataloqların retrokonversiyası vasitəsilə saysız hesabsız kartotekaların və kartların müasir "touch screen" monitorlarda daha kompakt və təhlükəsiz toplanması, və retrokonversiya sistemi daxilində kart axtarışı imkanına malikdir.
Digər üstünlüklər elektron növbə sisteminin yaradılması vasitəsilə oxucu sifarişi statusunun operativ şəkildə oxucuya çatdırılması; MEK muzey kolleksiyalarının vahid verilənlər bazası vasitəsilə bütün kolleksiya məlumatları kataloqunun yaradılması; MEK kitab mağazası üçün həll vasitəsilə alqı-satqı işinin avtomatlaşdırılması və sadələşdirilməsi, ALISA proqram təminatının kitabxana təhlükəsizlik sistemi ilə inteqrasiyası, müasir kitabxana modelini yaratmaq üçün müxtəlif avadanlıqların ALISA sistemi ilə inteqrasiyası, elektron növbə sisteminin ALISA sistemi ilə inteqrasiyasıdır.
Həqiqət İSABALAYEVA
Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı treninqlərə start verilir
Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, Azərbaycan Milli Kitabxanasında (AMK)10 günlük treninqlər təşkil olunur.Avqust ayının 10-da açılışı olan treninq sayca dördüncüdür.
Qax, İmişli, Zərdab, Ağcadəbi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm ALİSA proqramında işləmək üçün MARC 21 formatını öyrənəcək, həm də ALİSA-da iş vərdişlərini mənimsəyəcəklər.
Kitabxanadan qeyd edilib ki, AMK-in direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın və "Ultra" şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirib, iştirakçıları fəal olmağa dəvət edib, mövcud problemləri dərhal bildirməyi xahiş dib. O, öz çıxışında qeyd edib ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən iş prosesləri ilə yaxından tanış olacaq, yeni iş üsulları, yeni xidmət növlərini əyani izləyəcəklər. Treninqin sonunda müdavimlər sertifikatla təmin olunacaqlar.
Qeyd edək ki, sistemin əsas üstünlüklərinə vahid mərkəzləşdirilmiş kitabxana sistemi; ən son texnologiyaların tətbiqi ilə hazırlanmış tam təhlükəsizliyi təmin olunmuş proqram təminatı; nəşrlərin elektron versiyaya keçirilməsi - Elektron Kitabxananın yaradılması; MEK vahid kitabxana sisteminin dünyada qəbul edilmiş MARC21 standartı üzərindən yaradılması; digər yerli və dünya kitabxana sistemləri ilə inteqrasiyanın mümkünlüyü; elektron kataloq; oxucu qeydiyyatı işinin sadələşdirilməsi və tam avtomatlaşdırılması; vahid oxucu bileti – smart card; kitabverilişi prosesinin sadələşdirilməsi və tam avtomatlaşdırılması daxildir. Bundan başqa, sistem ətraflı axtarış sistemi; MEK portalın təkmilləşdirilməsi; MEK şəbəkəsinə daxil bütün kitabxanaların vahid portal daxilində səhifələrinin yaradılması, onlayn əməliyyatlar; onlayn axtarış, onlayn sifariş, onlayn rezervasiya, sistem üzrə kitabxana işi ilə əlaqədar bütün növ statistika və hesabatların əldə olunması imkanı; icazələrin rollara müvafiq idarə edilməsi; mövcud kataloqların retrokonversiyası vasitəsilə saysız hesabsız kartotekaların və kartların müasir "touch screen" monitorlarda daha kompakt və təhlükəsiz toplanması, və retrokonversiya sistemi daxilində kart axtarışı imkanına malikdir.
Digər üstünlüklər elektron növbə sisteminin yaradılması vasitəsilə oxucu sifarişi statusunun operativ şəkildə oxucuya çatdırılması; MEK muzey kolleksiyalarının vahid verilənlər bazası vasitəsilə bütün kolleksiya məlumatları kataloqunun yaradılması; MEK kitab mağazası üçün həll vasitəsilə alqı-satqı işinin avtomatlaşdırılması və sadələşdirilməsi, ALISA proqram təminatının kitabxana təhlükəsizlik sistemi ilə inteqrasiyası, müasir kitabxana modelini yaratmaq üçün müxtəlif avadanlıqların ALISA sistemi ilə inteqrasiyası, elektron növbə sisteminin ALISA sistemi ilə inteqrasiyasıdır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 929
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır