12px13px15px17px
Tarix:10/08/15

Azərbaycanın Tier3 Data mərkəzi miqyasına görə regionda yeganə beynəlxalq telekommunikasiya mərkəzi olacaq

“Azerbaijan International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyət bu ilin oktyabr ayınadək Tier3 beynəlxalq telekommunikasiya Data mərkəzini istifadəyə verəcək.
 
“AzInTelecom”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda Data mərkəzin yaradılması üzrə podratçı alman şirkəti tərəfindən test-sınaqlarından keçir.

“Bu Data mərkəz MDB və Rusiya regionunda bu miqyasda yeganə telekommunikasiya Data mərkəzi olacaq, hətta Türkiyədə bu səviyyədə Data mərkəz mövcud deyil. Rusiyada hazırda analoji Data mərkəzi fəaliyyət göstərir, lakin bu, maliyyə xidmətləri üzrə Data mərkəzdir. Testlər başa çatdıqdan sonra mərkəz “Uptime Intitute”un sertifikasiyasından keçəcək. Gələcək planlarımız nəhəng beynəlxalq İT şirkətləri, “Google”, “Yahoo!”, “Facebook” kimi sosial şəbəkələr, axtarış sistemləri və elektron poçt servisləri ilə əməkdaşlıq qurmaqdır”, - deyə MMC-də bildiriblər. 

Azərbaycanda yaradılan Tier3 Data mərkəzində ilkin mərhələdə 200 rəfi, 30 petabayt məlumatların saxlama həcmi, 10-100 GB ötürülmə sürəti olacaq.

Xatırladaq ki, dünyanın aparıcı analitik agentliklərindən biri olan "IDC" şirkəti Azərbaycan üçün Tier3 Data mərkəzinin yaradılmasını effektiv addım kimi dəyərləndirib.

Ekspertlərin rəyinə əsasən, Azərbaycanda bu cür Data mərkəzin yaradılması özəl şirkətlərə öz resurslarını və məlumatlarını artıq ayrıca mühafizə olunan serverlərdə saxlamağa və İT xərclərini azaltmağa imkan verəcək. Azərbaycanın yaradacağı Data mərkəzinin daxili istifadə imkanları ilə yanaşı, eksport potensialı da yetərincədir.

İdxalçı ölkələr qismində Tacikistan, Özbəkistan, İran kimi İT sahəsi daha az inkişaf etmiş ölkələr çıxış edə bilər.
 
Aynur Vəliyeva



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024