Tarix:11/08/15
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, rəsmi məlumata əsasən, “IWF”-yə daxil olan texnologiya şirkətləri məlumat bazasının yaradılması və yayılması ilə məşğul olacaq. Nəticədə internet provayderlər, sosial media, məlumatların işlənməsi və saxlanılması mərkəzləri resurslardakı qeyri-leqal məzmunu daha sürətli tanıya və silə biləcək. Məlumat bazası "heş"lərdən (uşaqların cinsi istismarını əks etdirən hər bir qeyri-leqal foto və videokontentin unikal rəqəmli izi) ibarət olacaq.
"Bu o deməkdir ki, cinsi zorakılığın qurbanlarının təsvirləri daha operativ surətdə tapılaraq silinəcək, mövcudluğu bizə məlum olan şəkillər isə internetə yüklənməyəcək" – təşkilatın saytında yazılıb.
“Google”, “Facebook” və “Twitter”dən başqa, həmçinin “Microsoft” və “Yahoo!” internet şirkətləri “IWF” təşkilatlarının üzvüdür.
Emil Hüseynov
Nəhəng İT şirkətləri uşaq pornosu ilə mübarizə aparacaq
“Google”, “Facebook” və “Twitter” internetdə uşaq pornosunun yayılmasının qarşısını almaq üçün Britaniyanın “Internet Watch Foundation” (“IWF”) xeyriyyə təşkilatının təşəbbüsünə qoşulub."ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, rəsmi məlumata əsasən, “IWF”-yə daxil olan texnologiya şirkətləri məlumat bazasının yaradılması və yayılması ilə məşğul olacaq. Nəticədə internet provayderlər, sosial media, məlumatların işlənməsi və saxlanılması mərkəzləri resurslardakı qeyri-leqal məzmunu daha sürətli tanıya və silə biləcək. Məlumat bazası "heş"lərdən (uşaqların cinsi istismarını əks etdirən hər bir qeyri-leqal foto və videokontentin unikal rəqəmli izi) ibarət olacaq.
"Bu o deməkdir ki, cinsi zorakılığın qurbanlarının təsvirləri daha operativ surətdə tapılaraq silinəcək, mövcudluğu bizə məlum olan şəkillər isə internetə yüklənməyəcək" – təşkilatın saytında yazılıb.
“Google”, “Facebook” və “Twitter”dən başqa, həmçinin “Microsoft” və “Yahoo!” internet şirkətləri “IWF” təşkilatlarının üzvüdür.
Emil Hüseynov
Baxış sayı: 1233
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib