12px13px15px17px
Tarix:12/08/15

Almaniya firmalarında işləyənlərin 42 faizi iş poçtunu evdən yoxlayır

“Deutsche Welle” nəşri yazır ki, Almaniyada işçilərin 42 faizi öz iş poçtunu evdən yoxlayır. Rəyi soruşulanların 28 faizi bildirib ki, asudə vaxtlarında yalnız iş məktublarını oxumurlar, həm də onları cavablandırırlar.
 
"ICTnews" elektron xəbər xidməti “dw.com” saytına istinadən bildirir ki, Avropanın başqa ölkələrində iş poçtunu evdən yoxlayanların sayı 50 faizi ötür. 6000 iştirakçının rəyini almış beynəlxalq tədqiqatın məlumatına görə, İsveç firmalarında işləyənlərin 58 faizi işdən sonra öz poçtunu yoxlayır. İtaliyada məsuliyyətli işçilərin sayı 56 faiz, Avstriyada  54 faiz və İspaniyada 45 faiz təşkil edir. Britaniya və Fransada iş poçtunu evdən yoxlayanların sayı 40 faizdən az təşkil edir.
 
Almaniyada rəyi soruşulmuş işçilərin 42 faizi iş günü zamanı öz şəxsi hesabını yoxlayır. Avstriyada respondentlərin yarıdan çoxu iş yerində öz poçtunu yoxlayır.
 
İspanların əksəriyyəti hesab edir ki, internet işçilərə rahatlamaq imkanı vermir. Almaniyada rəyi soruşulmuşların 41 faizi bu iddia ilə razıdır. Almaniyalı işçilərin 33 faizi öz iş gününü smartfonsuz təsəvvür edə bilmir.
 
Emil Hüseynov



Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024