Tarix:13/08/15
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə “Microsoft”un ofşor zonasında saxladığı pul vəsaitlərinin həcmi 17 faiz artaraq 108,3 milyard dollar təşkil edib. Məlumat üçün bildirək ki, ofşor zonasında 100 milyard dollar toplamış ABŞ-ın “General Electric” şirkəti reytinqdə birincidir.
“Microsoft” korporasiyası 108,3 milyard dollar ABŞ-a geri qaytarmaq istədiyi halda, o zaman ölkə büdcəsinə bu məbləğin 35 faizini və göndərilmə ölkəsinin vergi payını köçürməlidir.
Təqribi hesablamalara görə, ABŞ-ın 300-dən çox böyük şirkətinin xarici hesablarda 2 trilyon dollardan çox vəsaiti var. Amerika qanunvericiləri potensial büdcə pulunun ofşor zonasından geri qaytarılması uğrunda mübarizə aparırlar. 2015-ci ilin yanvarında ölkə prezidenti Barak Obama gəlirini ölkə xaricində saxlayan hər bir ABŞ korporasiyasından gəlirinin 14 faizini büdcəyə köçürməyi təklif edib. Dövlət başçısı bu vəsaiti infrastrukturun inkişaf proqramlarına yönəltməyi məqsədəuyğun bilib.
Emil Hüseynov
“Microsoft” ofşor zonasında nə qədər vəsait saxlayır?
“Bloomberg” informasiya agentliyi proqram nəhənginin maliyyə hesabatına istinadən yazır ki, “Microsoft” ofşor zonasında 100 milyard dollardan çox vəsait toplamış ikinci ABŞ şirkətidir."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə “Microsoft”un ofşor zonasında saxladığı pul vəsaitlərinin həcmi 17 faiz artaraq 108,3 milyard dollar təşkil edib. Məlumat üçün bildirək ki, ofşor zonasında 100 milyard dollar toplamış ABŞ-ın “General Electric” şirkəti reytinqdə birincidir.
“Microsoft” korporasiyası 108,3 milyard dollar ABŞ-a geri qaytarmaq istədiyi halda, o zaman ölkə büdcəsinə bu məbləğin 35 faizini və göndərilmə ölkəsinin vergi payını köçürməlidir.
Təqribi hesablamalara görə, ABŞ-ın 300-dən çox böyük şirkətinin xarici hesablarda 2 trilyon dollardan çox vəsaiti var. Amerika qanunvericiləri potensial büdcə pulunun ofşor zonasından geri qaytarılması uğrunda mübarizə aparırlar. 2015-ci ilin yanvarında ölkə prezidenti Barak Obama gəlirini ölkə xaricində saxlayan hər bir ABŞ korporasiyasından gəlirinin 14 faizini büdcəyə köçürməyi təklif edib. Dövlət başçısı bu vəsaiti infrastrukturun inkişaf proqramlarına yönəltməyi məqsədəuyğun bilib.
Emil Hüseynov
Baxış sayı: 642
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır