Tarix:13/08/15
"Sinxua" agentliyi məlumat verir ki, dünyanın ən güclü superkompüteri hesab edilən "Tianhe-1A" söndürülüb. Hesablama sisteminin yerləşdiyi yerin yaxınlığında partlayış baş verməsi buna səbəb kimi göstərilib.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, partlayış dünən yerli vaxtla təxminən saat 23:30 radələrində Çinin Tyanszin şəhərində baş verib. 40-dan çox nəfər həlak olub.
Partlayış dalğası yaxınlıxda yerləşən binaların şüşə və qapılarını sındırıb, həmçinin partlayış yerindən bir neçə kilometr məsafədə yerləşən Milli Kompüter Mərkəzinə zərər vurub. Bu mərkəzdə 2015-cü ildə növbəti dəfə dünyanın ən sürətli kompüteri elan edilmiş "Tianhe-1A" superkompüteri yerləşib. Bu qurğunun məhsuldarlığı saniyədə 33,86 teraflops təşkil edir.
Mərkəzin direktoru Lyu Quanmin bildirib ki, partlayışdan sonra kompüter normal işləyib. Mərkəzin əməkdaşları təhlükəsizlik baxımından superkompüteri söndürüblər.
2016-cı ilin sonunda bu superkompüterin yeni versiyasının ("Tianhe-2A") çıxarılması planlaşdırılır. Məhsuldarlığı 3 dəfə yüksəlməlidir, Çin istehsalı olan texnologiyalarla və 3 Pbayt tutumunda əməli yaddaşla təchiz ediləcək.
Emil Hüseynov
Partlayışa görə dünyanın ən güclü kompüteri söndürülüb

Baxış sayı: 663
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır