12px13px15px17px
Tarix:13/08/15

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı “abituriyent.az” saytından da ödəniş etməklə sifariş etmək olar.
 
 
Onu da qeyd edək ki, “Elektron hökumət” bülletenində 2015-ci ilin iyul ayında bütün qurumlar üzrə “Elektron hökumət” portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumat dərc olunub.
 
Məlumata əsasən, 45 qurum tərəfindən göstərilən 288 elektron xidmətdən ümumilikdə 1401411 dəfə istifadə olunub. Həmin məlumatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təqdim etdiyi elektron xidmətlərdən istifadə sayına görə birinci yerdə göstərilib.
 
 Belə ki, TQDK-nın elektron xidmətlərindən 854357 dəfə istifadə olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1255

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024