Tarix:13/08/15
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək.
Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq.
“Elektron hökumət” portal üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.
Bununla yanaşı, portal vasitəsi ilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək imkanı yaradılacaq.
“Elektron hökumət” portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq.
Eyni zamanda, portala onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq.
CAHANGİR
Mobil nömrələrin satışı, daşınması və addan-ada keçirilməsi “Elektron hökumət” portalı üzərindən aparılacaq
Mobil nömrələrlə bağlı bir sıra proseslərin “Elektron hökumət” portalı üzərindən aparılması nəzərdə tutulur.Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək.
Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq.
“Elektron hökumət” portal üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.
Bununla yanaşı, portal vasitəsi ilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək imkanı yaradılacaq.
“Elektron hökumət” portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq.
Eyni zamanda, portala onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq.
CAHANGİR
Baxış sayı: 1172
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı