12px13px15px17px
Tarix:14/08/15

Hazırda ölkə ərazisində rəqəmli yayım 110 ədəd rəqəmli verici vasitəsi ilə təşkil edilir

2015-ci ildə rəqəmli yayıma keçidin tam başa çatdırılması, analoq yayımın dayandırılması nəzərdə tutulur. Hədəf “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi olaraq yer alır. Hazırda ölkədə rəqəmli yayımın tətbiqi “Azərbaycan Respublikası ərazisində DVT-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı” çərçivəsində aparılır.
 
Hesabat dövrü ərzində rəqəmli yayıma tam keçidlə əlaqədar olaraq ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə əlavə olaraq 41 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib ki, bunlardan 22 ədədi rəqəmli DVB-T, 4 ədədi isə rəqəmli DVB-T2 vericiləri olub.
 
Hazırda ölkə ərazisində 110 ədəd rəqəmli verici vasitəsi ilə rəqəmli yayım təşkil edilir. Artıq ölkə əhalisinin yaşadığı ərazilərin 99 faizi açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya və radio yayımı ilə təmin edilib. Bu da MDB  ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.

Həqiqət İSABALAYEVA




Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024