12px13px15px17px
Tarix:15/08/15

“Google” yeni “.xyz” domeninə görə illik 8 dollar ödəyəcək

Serqey Brin və Larri Peyc tərəfindən təsis edilmiş “Alphabet” şirkəti  sayt üçün “.xyz” domen adından istifadəyə görə illik 8 dollar ödəyəcək. Bu haqda domenin sahibi Daniel Naqariyə istinadən “Fusion.net” texnologiya bloqu yazıb. “Google”un “abc.xyz” saytının domen adına görə ödədiyi məbləğ açıqlanmayıb.
 
Xatırladaq ki, “Google”un həmtəsisçiləri Serqey Brin və Peyc 10 avqust tarixində “Alphabet” şirkətinin yaradılmasını elan ediblər. “YouTube” və “Android” kimi tanınmış brendlər, həmçinin internetdə axtarış “Google” brendi atında fəaliyyət göstərəcək.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, investisiya və tədqiqat bölməsi “Alphabet” şirkətinin idarəsi altına keçəcək.
 
Məlumat üçün bildirək ki, Naqari elektron poçt və saytlar üçün “.xyz” sonluqlu ünvanlar satmaq üçün 2011-ci ildə “XYZ” şirkətini təsis edib. Sahibkar bildirib ki, domen zonası üçün adı özü fikirləşib və onu qeydiyyatdan keçirmək üçün 185 min dollar ödəyib.
 
Emil Hüseynov
 



Baxış sayı: 869

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024