Tarix:15/08/15
Qeyd edək ki, Rusiya Elm və Təhsil Nazirliyinin Kazan Federal Universitetinin Elabuqa İnstitutunun rəhbərliyi tərəfindən beynəlxalq festivala əməkdar müəllim Almaz Həsrət xüsusi dəvət almışdı.
VI Beynəlxalq Müəllimlər Festivalına Azərbaycandan ilk nümayəndə olaraq qatılan və festivalda moderator qismində iştirak edən A.Həsrət Azərbaycan təhsil sistemində son illər ərzində görülən işlər və layihələr barədə, şəxsi təcrübəsi zəminində əldə etdiyi uğur və nailiyyətlərini də bölüşüb.
Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri A. Həsrət "Müasir təhsil problemləri informasiya mədəniyyəti kontekstində" mövzusunda "master klas" keçib. "Master klas"ın əsas mövzusuna uyğun olaraq Azərbaycanın təhsil məkanında informasiya mədəniyyəti, informasiya savadlılığı, informasiya cəmiyyəti və s. barədə aparılan son uğurlu işlər, Təhsil Nazirliyinin təhsil sferasında sırf təhsillə bağlı olan informasiyaların daha da anlaşıqlı və asan əldə olunması üçün gördüyü işlərdən və respublikamızda bu sahədə yaradılan son yeni təhsil saytları barədə də geniş məlumatlar vermişdi. Son illərdə İKT sahəsi üzrə aparılan yeni-yeni uğurlu nailiyyətlərdən də geniş söhbət açıb.
VI Beynəlxalq Müəllimlər Festivalında təhsil sahəsində görülən təcrübələrini təqdim etmək üçün Almaniya, İsrail, Tailand, Fransa, ABŞ, İsveçrə, Moldova, Rusiya və Belorus kimi müxtəlif xarici ölkələrin təhsil işçiləri: alimlər, ali və orta məktəb müəllimi iştirak edib. Beynəlxalq müəllimlər Festivalının əsas məqsədi dünya təhsil sisteminin mükəmməl olması və onun inkişafının təkmilləşdirilməsi yollarının axtarılıb tapılmasıdır.
Ümumiyyətlə, bu prosesi həyata keçirən dünya müəllimlərinin birgə əməkdaşlığı, yaxından bir-biri ilə tanışlığı; onların dərs nümunələrinin istifadə səmərəliliyi və həyata keçiriliməsi, nəticələri, nəinki təhsildə, digər yaşam sahələrində də inkişafyönümlü və perspektivli fikir mübadilələrinin aparılmasını nəzərdə tuturdu.
Həqiqət İSABALAYEVA
Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi Rusiya Festivalında diqqət mərkəzində olub
Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi Rusiyanın Tatarıstan Respublikasının Elabuqa şəhərində keçirilən VI Beynəlxalq müəllimlər Festivalında diqqət mərkəzində olub.Qeyd edək ki, Rusiya Elm və Təhsil Nazirliyinin Kazan Federal Universitetinin Elabuqa İnstitutunun rəhbərliyi tərəfindən beynəlxalq festivala əməkdar müəllim Almaz Həsrət xüsusi dəvət almışdı.
VI Beynəlxalq Müəllimlər Festivalına Azərbaycandan ilk nümayəndə olaraq qatılan və festivalda moderator qismində iştirak edən A.Həsrət Azərbaycan təhsil sistemində son illər ərzində görülən işlər və layihələr barədə, şəxsi təcrübəsi zəminində əldə etdiyi uğur və nailiyyətlərini də bölüşüb.
Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri A. Həsrət "Müasir təhsil problemləri informasiya mədəniyyəti kontekstində" mövzusunda "master klas" keçib. "Master klas"ın əsas mövzusuna uyğun olaraq Azərbaycanın təhsil məkanında informasiya mədəniyyəti, informasiya savadlılığı, informasiya cəmiyyəti və s. barədə aparılan son uğurlu işlər, Təhsil Nazirliyinin təhsil sferasında sırf təhsillə bağlı olan informasiyaların daha da anlaşıqlı və asan əldə olunması üçün gördüyü işlərdən və respublikamızda bu sahədə yaradılan son yeni təhsil saytları barədə də geniş məlumatlar vermişdi. Son illərdə İKT sahəsi üzrə aparılan yeni-yeni uğurlu nailiyyətlərdən də geniş söhbət açıb.
VI Beynəlxalq Müəllimlər Festivalında təhsil sahəsində görülən təcrübələrini təqdim etmək üçün Almaniya, İsrail, Tailand, Fransa, ABŞ, İsveçrə, Moldova, Rusiya və Belorus kimi müxtəlif xarici ölkələrin təhsil işçiləri: alimlər, ali və orta məktəb müəllimi iştirak edib. Beynəlxalq müəllimlər Festivalının əsas məqsədi dünya təhsil sisteminin mükəmməl olması və onun inkişafının təkmilləşdirilməsi yollarının axtarılıb tapılmasıdır.
Ümumiyyətlə, bu prosesi həyata keçirən dünya müəllimlərinin birgə əməkdaşlığı, yaxından bir-biri ilə tanışlığı; onların dərs nümunələrinin istifadə səmərəliliyi və həyata keçiriliməsi, nəticələri, nəinki təhsildə, digər yaşam sahələrində də inkişafyönümlü və perspektivli fikir mübadilələrinin aparılmasını nəzərdə tuturdu.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 752
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır