Tarix:15/08/15
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “DJI” və “Parrot” kimi şirkətlər böyük və çox güclü dronlar hazırladığı bir vaxtda “Axis Drones” adlı istehsalçı miniatür kvadrokopterlərin yaradılması ilə məşğuldur.
Belə ki, “Aerius” adlı pilotsuz uçan aparatın eni 3 sm-dən bir qədər çoxdur. Bu dron barmağın ucunda belə yerləşir.
“Aerius” dronu jiroskopa əsaslanan sabitləşmə sistemi, “LED” işıqlandırma, məkanda istiqaməti müəyyən etmək üçün “ağıllı” nəzarət sistemi və digər elementlərlə təchiz edilib.
Sözügedən dronda 80 milliamper/saat tutumunda akkumulyator batareyasından istifadə edilir ki, bu da 5-7 dəqiqəlik uçuş üçün kifayətdir. Amma bu akkumulyator 15 dəqiqə ərzində enerji toplayır.
Bu miniatür dronu 35 dollara satın almaq olar.
Emil Hüseynov
Dünyanın ən kiçikölçülü pilotsuz uçan aparatı
Hazırda pilotsuz uçan aparatlar (dronlar) bütün dünyada çox populyardır. Bundan başqa bu top qurğular milyonlarla uşaq üçün ən sevimli oyuncaqdır, belə ki, dronların köməyi ilə inanılmaz videolar, şəkillər çəkilir, bir sözlə, dronlar müasir həyatın elementlərindən birinə çevrilib."ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “DJI” və “Parrot” kimi şirkətlər böyük və çox güclü dronlar hazırladığı bir vaxtda “Axis Drones” adlı istehsalçı miniatür kvadrokopterlərin yaradılması ilə məşğuldur.
Belə ki, “Aerius” adlı pilotsuz uçan aparatın eni 3 sm-dən bir qədər çoxdur. Bu dron barmağın ucunda belə yerləşir.
“Aerius” dronu jiroskopa əsaslanan sabitləşmə sistemi, “LED” işıqlandırma, məkanda istiqaməti müəyyən etmək üçün “ağıllı” nəzarət sistemi və digər elementlərlə təchiz edilib.
Sözügedən dronda 80 milliamper/saat tutumunda akkumulyator batareyasından istifadə edilir ki, bu da 5-7 dəqiqəlik uçuş üçün kifayətdir. Amma bu akkumulyator 15 dəqiqə ərzində enerji toplayır.
Bu miniatür dronu 35 dollara satın almaq olar.
Emil Hüseynov
Baxış sayı: 683
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır