12px13px15px17px
Tarix:15/08/15

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı 17 363 haqq-hesab cədvəli “Elektron hökumət” portalı üzərindən təqdim olunub

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi" elektron xidməti iyul ayında ən çox müraciət olunan xidmətlərdən olub.
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı 17 363 haqq-hesab cədvəli "Elektron hökumət" portalı üzərindən verilib.
 
 
Bu xidmət vasitəsi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri elektron formada doldurularaq DSMF-nin departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan MR DSMF-nin rayon (şəhər) şöbələrinə təqdim edilir.
 
 
İstifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü e-xidmət ödənişsiz olaraq göstərilir.
 
 
CAHANGİR
 



Baxış sayı: 1229

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024