12px13px15px17px
Tarix:17/08/15

20 dövlət İT texnologiyalardan yalnız sülh naminə istifadə ilə bağlı razılığa gəlib

Rusiya, ABŞ, Çin və Böyük Britaniya ölkələrinin yer aldığı 20 dövlətdən ibarət qrup İT texnologiyalarından sülh məqsədi naminə istifadəni genişləndirməyi öhdəsinə götürüb. Bu haqda Rusiya Federasiyası prezidentinin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Andrey Krutskix bildirib.

 

"Hesabatda qeyd olunub ki, əsas məsələ informasiya məkanındakı münaqişələri qanuniləşdirmək və tənzimləmək deyil, İKT-dən (informasiya-kommunikasiya texnologiyaları) hərbi-siyasi məqsədlərdə istifadənin qarşısını almaqdır. Bu, birinci mühüm andır" - Andrey Krutskix "Kommersant" qəzetinə müsahibəsində belə deyib.

 

O qeyd edib ki, ikincisi, hesabatda yazılıb ki, "bir-birini əsassız kiberhücumlarla ittiham etmək olmaz".

 

Bildiyimiz kimi, hazırda belə hallar tez-tez baş verir.

 

"Kiberhücumların təşkili və həyata keçirməklə bağlı ittiham sübut olunmalıdır. Bu,  informasiya məkanında edilmiş kiberhücuma görə əsassız məsuliyyətə cəlb edilməsi imkanını istisna edir" – deyə diplomat izah edib.

 

"Üçüncüsü, hesabatda bir neçə dəfə vurğulanır ki, İKT yalnız sülh məqsədi naminə istifadə olunmalıdır" – Krutskix bildirib.

 

"Nəhayət, sözügedən dövlətlər qrupu ölkə ərazisində informasiya-kommunikasiya infrastrukturu üzərində nəzarəti və beynəlxalq informasiya təhlükəsizliyi sahəsində öz siyasətini müəyyənləşdirməyi dövlətlərin suveren hüququ kimi tanıyıb" - Krutskix qeyd edib.





Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024