12px13px15px17px
Tarix:17/08/15

Azərbaycanın poçt operatoru üzərindən pul köçürməsi edənlər “Bakcell”-dən danışıq dəqiqələri qazanacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti daha bir yeniliyə imza atıb.
 
MMC-nin Maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədovun "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, "Azərpoçt" "Bakcell" şirkəti ilə "Ulduzum" sadiqlik proqramı çərçivəsində əməkdaşlığa start verib.
Əməkdaşlıq çərçivəsində "Azərpoçt" vasitəsi ilə ən azı 10 AZN məbləğində pul köçürmələri edən "Ulduzum" istifadəçilərinə şəbəkədaxili danışıqlar üçün pulsuz 5 dəqiqə hədiyyə olunacaq.
 
Sözügedən kampaniyadan respublikanın istənilən nöqtəsində yerləşən poçt şöbələrində yararlanmaq mümkündür. Pulsuz dəqiqələr qazanmaq üçün "Ulduzum" istifadəçisindən  öz "Bakcell" nömrəsini "Azərpoçt" əməkdaşına təqdim etməsi tələb olunur.
 
Pul köçürməsi həyata keçirildikdən sonra "Ulduzum" istifadəçisinın təqdim etdiyi "Bakcell" nömrəsinə 10 rəqəmli kod SMS vasitəsi ilə göndərilir. Müştəri aldığı 10 rəqəmli kodu 5555-ə SMS vasitəsi ilə yollayır, 5 dəqiqə abunəçinin təqdim etdiyi nömrənin balansına yüklənilir.
 
Göndərilən SMS-in qiyməti 3 qəpikdir. Əldə olunan bonus dəqiqələri 3 gün ərzində istifadə oluna bilər.
 
Qeyd edək ki, bu kampaniya cari il, dekabrın 31-dək davam edəcək.
 
CAHANGİR
 
 
 
 
 
 
 



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024