12px13px15px17px
Tarix:18/08/15

Bu messencerin istifadəçiləri gündəlik 10 milyard mesaj göndərirlər

"VKontakte" sosial şəbəkəsinin keçmiş direktoru Pavel Durov tərəfindən hazırlanmış "Telegram" messencerinin istifadəçiləri ötən ilin dekabrı ilə müqayisədə 10 dəfə daha çox mesaj göndərirlər. Bu haqda şirkətin rəsmi bloqunda xəbərə verilib.

Hazırda təhlükəsiz messencerin istifadəçiləri gündəlik 10 milyard mesaj göndərir və qəbul edirlər.
 
 
"Facebook"un məlumatına görə, cari ilin aprelində "Facebook", "Facebook Messenger" və "WhatsApp" istifadəçilərinin gün ərzində 45 milyard mesaj göndərdiyini nəzərə alsaq, bu rəqəm çox yaxşı göstəricidir.
 
 
Bir il yarım ərzində "Telegram" messencerinin auditoriyası xeyli artıb. 2013-cü ilin sonunda messencerin gündəlik yalnız 100 min aktiv istifadəçisi olub.
 
2014-cü ilin martında Pavel Durov bildirib ki, "Telegram" messencerinin auditoriyası 35 milyon istifadəçi təşkil edir. Dekabrda messencerin aylıq auditoriyası 50 milyonadək artıb. 2015-ci ilin mayında xidmətin istifadəçilərinin sayı 62 milyon nəfər təşkil edib.
 
Durov bildirib ki,  "Telegram" messencerində gün ərzində 220 mindən çox istifadəçi qeydiyyatdan keçir. Dekabrda bu göstərici 145 min nəfərə təşkil edib.
 
 
Emil Hüseynov



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024