12px13px15px17px
Tarix:18/08/15

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin işçiləri üçün virtual tədris sistemi yaradılır

Azərbaycan Daxili İşlər Nazirliyinin  Baş Mühafizə İdarəsi  yeni sistem tətbiq etmək məqsədi ilə  müqavilə imzalayıb.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Baş Mühafizə İdarəsinin “Retro-İnşaat” şirkəti ilə bağladığı müqavilə Baş Mühafizə İdarəsində Virtual tədris sisteminin yaradılması işlərinin görülməsini nəzərdə tutur.
 
Virtual tədris sisteminin yaradılması layihəsinin həyata keçirilməsi üzrə işlərin ümumi dəyəri 106 min manat təşkil edəcək.
 
 
Beynəlxalq təcrübəyə əsasən hüquq-mühafizə orqanlarında yaradılan virtual tədris mərkəzlərində bu qurumların işçiləri üçün maksimal realistik əməliyyat məkanı təşkil edən virtual oyun mühiti, iş yerləri, oyun kollektivləri və müəllim  arasında audio və videorabitə yaradılır.
 
Bununla yanaşı, müxtəlif xidmətlərin və alt bölmələrin maraqlarına toxunan, daxili işlər orqanlarının təcrübəsindən nümunələrin tipik dəsti yaradılır və onların həlli istiqamətində işlər aparılır.
 
Aynur Vəliyeva



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024