12px13px15px17px
Tarix:18/08/15

2015-ci ildə ucuz aparatlar smartfon bazarının 33 faizini təşkil edəcək

Dünyada smartfonların satış qiymətinin durmadan azalması müşahidə olunur. Aparıcı brendlər üçün əsas satış bazarının inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələr olması buna səbəb kimi göstərilir.
 
Tayvanın “Market Intelligence & Consulting Institute” (“MIC”) elmi tədqiqat institutunun məlumatına görə, 2015-ci ildə 150 ABŞ dolları və ondan aşağı satış qiymətinə malik smartfonların satış qiyməti təxminən 30 faiz yüksələrək 471,5 milyon təşkil edəcək.
 
 Bu halda bazarda ucuz qurğuların payı 32,7 faizə yaxınlaşacaq, halbuki 2014-cü ildə bu göstərici 28,1 faiz olub.
 
Çin şirkətləri, həmçinin inkişaf etməkdə olan ölkələrin yerli istehsalçıları ucuz smartfonlar kateqoriyasında liderdir. Çinin “Huawei”, “Lenovo” və “Xiaomi” kimi şirkətləri formalaşmış bazarlarda möhkəmlənməyə çalışırlar, çünki öz ölkələrində smartfonlara tələbat artıq pik həddinə çatıb.
 
“Strategy Analytics” şirkətinin məlumatına görə, hazırda Hindistan Çin və ABŞ-dan sonra üçüncü regional smartfon bazarıdır. Mütəxəssislər hesab edir ki, tezliklə vəziyyət dəyişəcək: 2017-ci ilə Hindistan satılmış aparatların sayına görə ABŞ-ı geridə qoyaraq ikinci pilləni tutacaq. 2015-ci ildə Hindistanda 118 milyon smartfon, 2017-ci ildə təxminən 174 milyon qurğu satılacaq.
 
Bahalı aparatlardan danışan “MIC” analitikləri bildirib ki, bu seqmentdə “Apple” liderlik edir.
 
Emil Hüseynov



Baxış sayı: 496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024