12px13px15px17px
Tarix:18/08/15

Bakı Olimpiya Stadionu dünyada ilin ən yaxşı və innovativ idman qurğusu elan olunub

Bu ilin martında “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan olunub.
 
“ICTnews” xəbər xidmətinin inşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalına (ENR) istinadən verdiyi məlumata əsasən, nəşr dünya miqyasında ilin ən yaxşı layihələrinin siyahısını açıqlayıb.
 
Azərbaycanda həyata keçirilən layihə müsabiqəyə “Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilib.
 
Qeyd edək ki, ENR jurnalı artıq üçüncü dəfədir dünyanın ən yaxşı inşaat və dizayn layihələri müsabiqəsini keçirir. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirir, eyni zamanda layihəni həyata keçirən şirkətlərin də çətinliklərin öhdəsindən necə gəlməsi nəzərə alınır.
 
Builki müsabiqədə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil və turizm obyektləri, sənaye əhəmiyyətli tikililər də yer alıb.
 
Qalib gəlmiş layihələr və münsiflər haqqında geniş məlumat “Engineering News Record” jurnalının sentyabrın 7-də buraxılacaq sayında dərc olunacaq. Sentyabrın 10-da Nyu-Yorkun “Grand Hyatt” otelində keçiriləcək təntənəli mərasimdə isə qalib layihələr arasından ''ENR İlin Ən Yaxşı Ümumdünya Layihəsi” seçiləcəkdir. Bakı Olimpiya Stadionu layihəsinin bu nüfuzlu mükafatı alma ehtimalı böyükdür.
 
Xatırladaq ki, Bakı Olimpiya Stadionu SOCAR-ın baş podratçılığı ilə inşa edilib. “Bakı-2015” ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin yüngül atletika yarışları bu stadionda baş tutub.
 
Aynur Vəliyeva



Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024