12px13px15px17px
Tarix:19/08/15

“Google” şirkəti gələcək "ağıllı ev" sisteminin əsasını təqdim edib

ABŞ-ın “Google” şirkətinin təqdim etdiyi “OnHub” marşrutlayıcısı ona qoşulmuş ev elektron cihazları ilə qarşılıqlı əlaqədə ola biləcək. Bu haqda internet şirkətinin rəsmi bloqunda yazılıb.
 
“iOS” və “Android” mobil platformaları ilə işləyən smartfonlar üçün hazırlanmış “Google On” proqramının köməyi ilə qurğunu idarə etmək olar. Marşrutlayıcı müxtəlif qurğuların internet qoşulmanın buraxılış qabiliyyəti üzrə tələbatını qiymətləndirmək qabiliyyətinə malikdir.
 
“OnHub” marşrutlayıcısı şəbəkə resurslarının daimi monitorinqini həyata keçirir ki, istehlakçı üçün informasiyanın ötürülməsi və qəbulu üçün ən yaxşı kanal tapsın" – şirkətin nümayəndəsi bildirib. Məsələn, əgər ailə axınlı video izləyirsə, o zaman bütün mövcud resurslar davamlı siqnalın təmininə yönəlir.
 
Router 13 antenadan ibarətdir.
 
“TP-Link” şirkəti ilə birgə hazırlanmış yeni marşrutlayıcı ABŞ-da 200 dollara ilkin sifariş üçün əlçatandır. Yaxın vaxtlarda qurğu başqa ölkələrdə satışa çıxarılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 772

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024