Tarix:19/08/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, builki forum öz ətrafına 5 mindən çox proqramçı, tərəfdaş və korporasiya nümayəndələrini toplayıb.
Bu ilin birinci yarımilliyində “Intel”in nümayiş etdiyi göstəricilər şirkətdə baş verən dəyişikliklərdən xəbər verir. “Intel” artıq məlumatların emalı mərkəzləri, yaddaş və “Əşyaların interneti” seqmentlərində iştirakını genişləndirir.
“IDF 2015”-in açılış mərasimində çıxış edən “Intel” korporasiyasının icraçı direktoru Brayan Krjaniç), şirkətin kompüter hesablamalarının fərdiləşdirilməsi üçün nəzərdə tutulmuş yeni məhsullarını, alətlərini və proqramlarını nümayiş etdirib, müxtəlif sahələrdə proqramçılar üçün yeni imkanlar yaradan tendensiyalar haqda bəhs edib.
Brayan Krjaniç həmçinin inkişaf edən “Intel Real Sense” texnologiyasında baş verən yenilənmələr haqda danışıb. Belə ki, “Intel RealSense” bir sıra platformalarda təqdim ediləcək və proqramçılara təsvirin dərinliyini qavrayan yeni aparat və proqram təminatının yaradılmasında böyük imkanlar yaradacaq.
Artıq “Windows” və “Android” platformaları ilə yanaşı, proqramçılar “Mac OS X”, “ROS”, “Linux”, “Scratch”, “Unity”, “XSplit”, “OBS”, “Structure SDK”, “OSVR” və “Unreal Engine 4” əsasında sistemlər üçün “Intel RealSense” texnologiyasını istifadə edə biləcəklər.
“Google” iklə birgə “Intel” Android əsasında smartfonlar üçün dəstdə “Project Tango” platformasını və “Intel RealSense” texnologiyasını birləşdirərək təsvirin dərinliyini qavrayan mobil həllər sahəsində yeni innovasiyalar yaradır. “Intel Real Sense Smartphone” dəsti, məkan daxilində səmtləşmə və mühitin tədqiqi, virtual reallıq, 3D skanlaşma və s. kimi yeni funksional imkanlar təqdim edir.
Ekspert həmçinin 2016-cı ilin birinci yarısında “Turner Broadcasting”in aparıcı televiziya şəbəkələrində və kanallarında “America’s Greatest Makers” televiziya proqramının yayımına başlanacağını bildirib.
Tədbir çərçivəsində bu sahədə işləyən mütəxəssislər sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüblər və bir sıra digər maraqlı innovativ həllər təqdim ediblər.
Aynur Vəliyeva
San-Fransiskoda “Intel Developer Forum – IDF-2015” keçirilir
San-Fransiskoda proqram tərtibatçılarının ənənəvi “Intel Developer Forum”u işə başlayıb.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, builki forum öz ətrafına 5 mindən çox proqramçı, tərəfdaş və korporasiya nümayəndələrini toplayıb.
Bu ilin birinci yarımilliyində “Intel”in nümayiş etdiyi göstəricilər şirkətdə baş verən dəyişikliklərdən xəbər verir. “Intel” artıq məlumatların emalı mərkəzləri, yaddaş və “Əşyaların interneti” seqmentlərində iştirakını genişləndirir.
“IDF 2015”-in açılış mərasimində çıxış edən “Intel” korporasiyasının icraçı direktoru Brayan Krjaniç), şirkətin kompüter hesablamalarının fərdiləşdirilməsi üçün nəzərdə tutulmuş yeni məhsullarını, alətlərini və proqramlarını nümayiş etdirib, müxtəlif sahələrdə proqramçılar üçün yeni imkanlar yaradan tendensiyalar haqda bəhs edib.
Brayan Krjaniç həmçinin inkişaf edən “Intel Real Sense” texnologiyasında baş verən yenilənmələr haqda danışıb. Belə ki, “Intel RealSense” bir sıra platformalarda təqdim ediləcək və proqramçılara təsvirin dərinliyini qavrayan yeni aparat və proqram təminatının yaradılmasında böyük imkanlar yaradacaq.
Artıq “Windows” və “Android” platformaları ilə yanaşı, proqramçılar “Mac OS X”, “ROS”, “Linux”, “Scratch”, “Unity”, “XSplit”, “OBS”, “Structure SDK”, “OSVR” və “Unreal Engine 4” əsasında sistemlər üçün “Intel RealSense” texnologiyasını istifadə edə biləcəklər.
“Google” iklə birgə “Intel” Android əsasında smartfonlar üçün dəstdə “Project Tango” platformasını və “Intel RealSense” texnologiyasını birləşdirərək təsvirin dərinliyini qavrayan mobil həllər sahəsində yeni innovasiyalar yaradır. “Intel Real Sense Smartphone” dəsti, məkan daxilində səmtləşmə və mühitin tədqiqi, virtual reallıq, 3D skanlaşma və s. kimi yeni funksional imkanlar təqdim edir.
Ekspert həmçinin 2016-cı ilin birinci yarısında “Turner Broadcasting”in aparıcı televiziya şəbəkələrində və kanallarında “America’s Greatest Makers” televiziya proqramının yayımına başlanacağını bildirib.
Tədbir çərçivəsində bu sahədə işləyən mütəxəssislər sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüblər və bir sıra digər maraqlı innovativ həllər təqdim ediblər.
Aynur Vəliyeva
Baxış sayı: 636
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır