Tarix:19/08/15
Nazirliyin mətbuat xidmətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən,
Vergilər Nazirliyi informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi məqsədilə ən yüksək beynəlxalq standartın - İSO/İEC 27001:2013 "İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri" beynəlxalq standartının tətbiqi ilə bağlı ötən ilin sonlarından başlayaraq aparılmış gərgin və böyük həcmli işlərin nəticəsi olaraq, Vergilər Nazirliyi bu beynəlxalq standartın alınması ilə bağlı sertifikasiyanı keçib və bu ilin avqustun 10-da 3 il müddətinə müvafiq sertifikata layiq görülüb.
Vergilər Nazirliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yanında "AzStandartİNFORM" MMC arasında ötən ilin dekabrında bağlanmış satınalma müqaviləsinə uyğun olaraq, İSO/İEC 27001:2013 "İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri" standartının tətbiqi üzrə Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) mütəxəssislərinin iştirakı ilə nazirliyin müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərinə təlimlər keçirilib.
Treninqlərdə iştirakçılar informasiya təhlükəsizliyinin idarə edilməsinin forma və metodları, sənədləşmə qaydaları, informasiya təhlükəsizliyinin təmini səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə daxili auditin keçirilməsi qaydalarını mənimsəyiblər.
Beynəlxalq standartın tələblərinə uyğun olaraq bu ilin fevralından başlayaraq aidiyyəti sənədlərin hazırlanmasına başlanılıb. Bu məqsədlə ekspertlər tərəfindən Plan - "İSO/İEC 27001 standartı üzrə "İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri"nin işlənib hazırlanması və tətbiqi üçün texniki tapşırıq"ın layihəsi və 31 sayda normativ sənəd hazırlanıb.
Hazırlanmış layihələrdə informasiya təhlükəsizliyinin idarə olunması prosesində iştirak edən şəxslərin hüquq və vəzifələri, onlara dair tələblər, habelə bu tələb və qaydaların həyata keçirilməsi mexanizmləri daha da təkmilləşdirilib ki, bu da Vergilər Nazirliyində informasiya təhlükəsizliyi üzrə idarəetmə və nəzarət mexanizmlərinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edəcək.
Aynur Vəliyeva
Vergilər Nazirliyi İSO/İEC 27001:2013 sertifikatına layiq görülüb
Azərbaycan Vergilər Nazirliyi informasiya təhlükəsizliyi sahəsində yüksəksəviyyəli İSO/İEC 27001:2013 uyğunluq sertifikatına layiq görülüb.Nazirliyin mətbuat xidmətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən,
Vergilər Nazirliyi informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiqi, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi məqsədilə ən yüksək beynəlxalq standartın - İSO/İEC 27001:2013 "İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri" beynəlxalq standartının tətbiqi ilə bağlı ötən ilin sonlarından başlayaraq aparılmış gərgin və böyük həcmli işlərin nəticəsi olaraq, Vergilər Nazirliyi bu beynəlxalq standartın alınması ilə bağlı sertifikasiyanı keçib və bu ilin avqustun 10-da 3 il müddətinə müvafiq sertifikata layiq görülüb.
Vergilər Nazirliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yanında "AzStandartİNFORM" MMC arasında ötən ilin dekabrında bağlanmış satınalma müqaviləsinə uyğun olaraq, İSO/İEC 27001:2013 "İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri" standartının tətbiqi üzrə Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) mütəxəssislərinin iştirakı ilə nazirliyin müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərinə təlimlər keçirilib.
Treninqlərdə iştirakçılar informasiya təhlükəsizliyinin idarə edilməsinin forma və metodları, sənədləşmə qaydaları, informasiya təhlükəsizliyinin təmini səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə daxili auditin keçirilməsi qaydalarını mənimsəyiblər.
Beynəlxalq standartın tələblərinə uyğun olaraq bu ilin fevralından başlayaraq aidiyyəti sənədlərin hazırlanmasına başlanılıb. Bu məqsədlə ekspertlər tərəfindən Plan - "İSO/İEC 27001 standartı üzrə "İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri"nin işlənib hazırlanması və tətbiqi üçün texniki tapşırıq"ın layihəsi və 31 sayda normativ sənəd hazırlanıb.
Hazırlanmış layihələrdə informasiya təhlükəsizliyinin idarə olunması prosesində iştirak edən şəxslərin hüquq və vəzifələri, onlara dair tələblər, habelə bu tələb və qaydaların həyata keçirilməsi mexanizmləri daha da təkmilləşdirilib ki, bu da Vergilər Nazirliyində informasiya təhlükəsizliyi üzrə idarəetmə və nəzarət mexanizmlərinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edəcək.
Aynur Vəliyeva
Baxış sayı: 715
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır