12px13px15px17px
Tarix:20/08/15

“Google” 4 ildırım nəticəsində istifadəçi məlumatlarının itkisi ilə üzləşib

 
ABŞ-ın "Google" internet şirkətinin Belçikada yerləşən məlumat emalı mərkəzlərindən birini dörd ildırım vurması istifadəçi məlumatlarının qismən itirilməsinə səbəb olub. 

Avqustun 13-də başlayan tufanın "Google Compute Engine" servisinin fəaliyyətinə təsir göstərməsi nəticəsində bir sıra istifadəçilər fayllardan istifadə etmək imkanından məhrum olub. Digər məlumatları bir neçə saat sonra bərpa etmək mümkün olub. Nasazlığı aradan qaldırmaq üçün şirkət dörd gün sərf edib.
"Google" nümayəndələri bildirib ki, təxminən 0,000001 faiz informasiya məhv edilib. "Avtomatik yardımçı sistemlərin enerjinin verilməsini operativ şəkildə bərpa etməsinə və məlumat saxlama sistemlərinin ehtiyat batareya enerjisinə malik olmasına baxmayaraq bu yaxınlarda saxlanılan məlumatların bəzisi  elektrik enerjisinin kəsilmələrinə daha çox həssas saxlama sistemlərində saxlanılıb", - şirkət nümayəndələri vurğulayıb.

Şirkət nümayəndələri həmçinin baş vermiş hadisədən nəticə çıxararaq gələcəkdə oxşar halların təkrarlanmamasına yol verməyəcəklərini qeyd edib, - "Lenta" yazır.



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024