12px13px15px17px
Tarix:20/08/15

Azərbaycan nüfuzlu beynəlxalq elmi konfransın təşkilatçılarından biridir

Azərbaycanın Qafqaz Universiteti və Rusiyanın Cənubi Federal Universitetinin təşkilatçılığı ilə bu il “AICT-2015”  İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 9-cu Beynəlxalq Konfrans cari ilin 14-16 oktyabr tarixlərində Rusiyanın Rostov-Don şəhərində keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “AICT2015”  bu dəfə ABŞ-ın Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutunun  (IEEE), onun Azərbaycanda kompüter cəmiyyətinin sponsorluğu və “CeDAWI” – tətbiqi elmi-araşdırma mərkəzinin dəstəyi ilə baş tutacaq.
 
“AICT-2015”-in əsas məqsədi elmi tədqiqatların və eksperimentlərin nəticələrinin, İT sahəsində innovativ ideyaların nümayişi və müzakirəsi, təcrübə mübadiləsi  üçün platforma təqdim etməkdir. Konfrans, Azərbaycanla yanaşı, Avstraliya, Çin, Finlandiya, Gürcüstan, Almaniya , Hindistan və dünyanın 50-dən yuxarı ölkəsinin marağına səbəb olub.
 
Konfransın gündəliyinə  80 mövzu daxildir.
 
Aynur Vəliyeva



Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024