12px13px15px17px
Tarix:20/08/15

Göyçayda internet istifadəçilərinin sayı 4113 nəfərə çatıb

Son illər Göyçayda rabitə və informasiya texnologiyaları sahəsində xeyli işlər görülüb.

AZƏRTAC xəbər verir ki, ötən 3 ildə Göyçayda bütün ATS-lər ən müasir səviyyədə yenidən qurulub və hazırda rayonda əhaliyə keyfiyyətli rabitə xidməti göstərilir.

İnternetdən istifadə haqqının aşağı salınması və ATS-lərin elektronlaşdırılması Göyçay rayonunda internet abunəçilərinin sayının sürətlə artmasına səbəb olub. Rayon telekommunikasiya qovşağının rəisi İslam Əliyev AZƏRTAC-a bildirib ki, 2009-cu ildə Göyçayda cəmi 48 abonent internet xidmətlərindən istifadə edirdisə, indi onların sayı 4113-dür. Son bir ildə isə internet abunəçilərinin sayı 1200 nəfər artıb. Telekommunikasiya Qovşağının sifarişi ilə indiyədək “Aztelekom” tərəfindən 2474, "Data plus” 714, "Azəronline" 365, "Avritel" 233, "Azedunet" 75, “Azdatakom” 18, “Qlobalnet” 215, “Pilot” CNC 19 ədəd boş internet portunu abunəçilərin istifadəsinə verib. Hazırda rayonda telefon abunəçilərinin 40 faizi genişzolaqlı internetdən istifadə edir.


Rayonda ən çox internet istifadəçiləri Göyçay şəhərinin, Çərəkə, Potu, Qarabaqqal, Ləkçiplaq, Qaraməryəm, Bığır, Çaxırlı kəndlərinin payına düşür. Abunəçilərin müraciətlərini nəzərə alan qovşaq yeni internet portları sifariş edib. Son vaxtlar Göyçayda daimi fəaliyyət göstərən internet klublarının sayı da artaraq 15-ə çatıb.
Həmçinin rayonun 17 yaşayış məntəqəsində Sloveniyanın "İskratel" şirkətinin istehsalı olan ən müasir NGN texnologiyalı ATS-lər quraşdırılıb. On məntəqədə isə Türkiyənin "Karel" şirkətinin istehsalı olan telefon stansiyaları istifadəyə verilib. Bütün stansiyaların birləşdirici xətləri optik kabellərlə təmin olunub. Bu da abonentlərə keyfiyyətli telefon rabitəsi göstərməklə yanaşı, onların bütün multimedia xidmətlərinə çıxışını da təmin edir. Bu müasir rabitə texnologiyasının köməkliyi ilə rayonda internet üzərindən birbaşa televiziya kanallarına baxmaq mümkündür.

Hazırda Göyçayda internet vasitəsilə dünyanın 100-ə yaxın televiziya kanalına baxan və çanaq antenalardan imtina edən abonentlərin sayı 50-dən artıqdır. Son bir ildə rayonda telefon abonentlərinin sayı artaraq 10 min 600-ə çatıb.



Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024