Tarix:20/08/15
Şirkətdən PR meneceri Ülviyyə Əfəndiyevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu layihə çərçivəsində işlər aparılır.
"Layihə çərçivəsində Bakı şəhərində bütün avtobus dayanacaqlarında "MilliÖn" terminallarının quraşdırılması nəzərdə tutulur. Bu ilin əvvəlindən proqramçılarımız tərəfindən kartların satışını və bonusunun doldurulması funksiyasını təmin edən proqram təminatı üzərində işlər aparılır və artıq bu ilin son rübündə biz bu xidməti istifadəyə vermək niyyətindəyik", - deyə Ü.Əfəndiyeva bildirib.
Qeyd edək ki, "Bakı Kartı" həm yerüstü nəqliyyatda, həm də metroda istifadə edilir. Bu kartlar iki növ olur- daimi və müvəqqəti. Plastik kart daimi olaraq istifadə edilməsi üçün nəzərdə tutulub. Müvəqqəti kartı ilə isə maksimum 4 dəfə gediş haqqı ödənişi yükləmək olar. Plastik kartların qiyməti 2 manatdır.
Aynur Vəliyeva
“Bakı Kartı”nı “MilliÖn” terminallarında almaq olacaq
"Komtech" şirkəti yaxın zamanda ona məxsus olan "MilliÖn" terminallar şəbəkəsində "Bakı Kartı"nın satışını və balansının doldurulmasını təşkil etmək niyyətindədir.Şirkətdən PR meneceri Ülviyyə Əfəndiyevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu layihə çərçivəsində işlər aparılır.
"Layihə çərçivəsində Bakı şəhərində bütün avtobus dayanacaqlarında "MilliÖn" terminallarının quraşdırılması nəzərdə tutulur. Bu ilin əvvəlindən proqramçılarımız tərəfindən kartların satışını və bonusunun doldurulması funksiyasını təmin edən proqram təminatı üzərində işlər aparılır və artıq bu ilin son rübündə biz bu xidməti istifadəyə vermək niyyətindəyik", - deyə Ü.Əfəndiyeva bildirib.
Qeyd edək ki, "Bakı Kartı" həm yerüstü nəqliyyatda, həm də metroda istifadə edilir. Bu kartlar iki növ olur- daimi və müvəqqəti. Plastik kart daimi olaraq istifadə edilməsi üçün nəzərdə tutulub. Müvəqqəti kartı ilə isə maksimum 4 dəfə gediş haqqı ödənişi yükləmək olar. Plastik kartların qiyməti 2 manatdır.
Aynur Vəliyeva
Baxış sayı: 911
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır