Tarix:21/08/15
“ICTnews.az” saytı “lenta.ru” saytına istinadən xəbər verir ki, analitiklərin qiymətləndirməsinə görə, sürücüsüz avtomobillər, “ağıllı” evlər, danışığın tanınması və sintezləşdirilməsi 2015-ci ildə ən çox müzakirə edilən mövzular olub. Kompüter təlimi (kompüterin öz sistemlərini inkişaf etdirmək və insanlar kimi öyrənmək qabiliyyəti) sürətlə inkişaf edən trend adlandırılıb.
Kompüter analitik sistemləri artıq informasiya massivlərini dərindən təhlil edərək insanlardan daha dəqiq proqnoz verə bilir. Belə sistemlərin tam təkmilləşməsinə 2 ildən 5 ilədək vaxt lazım olacaq.
Daşınan cihazlar, məsələn, “ağıllı” saat və fitnes trekerlər istifadəçiləri məyus edib: bu tip qurğular hələ ki bir sıra natamamlıqlara malikdirlər. “Gartner”in analitiklərinin fikrincə, sənaye istehsalı üçün “3D” çap, jestlərin köməyi ilə cihazların idarə edilməsi və virtual reallıq yaxın vaxtlarda gündəlik həyatın bir hissəsi kimi qəbul ediləcək.
Texnologiyaların populyarlığının və onların potensialının qiymətləndirilməsi metodologiyası 1995-ci ildə “Gartner” analitikləri tərəfindən təşviq edilib. Məsələn, “Gartner” ekspertləri ilk icmalda “Bluetooth”, biometrik texnologiyalar və simsiz internetin inkişafını proqnozlaşdırmışdı.
Emil Hüseynov
“Gartner” gələcəyin ən perspektiv texnologiyalarının adını açıqlayıb
“Gartner” tədqiqat şirkətinin analitikləri 2016-cı ilin ortalarına kimi yeni texnologiyaların inkişaf və populyarlıq reytinqi üzrə proqnozunu dərc edib. Kompüter və insanın arasında qarşılıqlı əlaqə, süni intellekt, həmçinin danışığın tanınması və sintezi ən perspektiv texnologiyalar adlandırılıb.“ICTnews.az” saytı “lenta.ru” saytına istinadən xəbər verir ki, analitiklərin qiymətləndirməsinə görə, sürücüsüz avtomobillər, “ağıllı” evlər, danışığın tanınması və sintezləşdirilməsi 2015-ci ildə ən çox müzakirə edilən mövzular olub. Kompüter təlimi (kompüterin öz sistemlərini inkişaf etdirmək və insanlar kimi öyrənmək qabiliyyəti) sürətlə inkişaf edən trend adlandırılıb.
Kompüter analitik sistemləri artıq informasiya massivlərini dərindən təhlil edərək insanlardan daha dəqiq proqnoz verə bilir. Belə sistemlərin tam təkmilləşməsinə 2 ildən 5 ilədək vaxt lazım olacaq.
Daşınan cihazlar, məsələn, “ağıllı” saat və fitnes trekerlər istifadəçiləri məyus edib: bu tip qurğular hələ ki bir sıra natamamlıqlara malikdirlər. “Gartner”in analitiklərinin fikrincə, sənaye istehsalı üçün “3D” çap, jestlərin köməyi ilə cihazların idarə edilməsi və virtual reallıq yaxın vaxtlarda gündəlik həyatın bir hissəsi kimi qəbul ediləcək.
Texnologiyaların populyarlığının və onların potensialının qiymətləndirilməsi metodologiyası 1995-ci ildə “Gartner” analitikləri tərəfindən təşviq edilib. Məsələn, “Gartner” ekspertləri ilk icmalda “Bluetooth”, biometrik texnologiyalar və simsiz internetin inkişafını proqnozlaşdırmışdı.
Emil Hüseynov
Baxış sayı: 598
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır