12px13px15px17px
Tarix:21/08/15

“Komtec” şirkəti cərimələrin qəbulu xidmətini təxirə salıb

"Komtec" şirkəti  "Milliön" terminal şəbəkəsində tətbiqini nəzərdə tutduğu layihələri təxirə salıb.
 
Şirkətdən PR menecri Ülviyyə Əfəndiyevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, "Milliön" terminalları  vasitəsilə dövlət yol polisinin və digər qurumların cərimələri üzrə ödənişlərin qəbulu, elektron pul cüzdanı funksiyasını aktivləşdirmək planlaşdırılırdı.
 
"Lakin dövlət qurumları bu xidmətlərin tətbiqinə tələsmədi. Biz  isə hazırda böyük layihələr üzərində işləyirik. Buna görə  layihələrin icrası  gələn ilədək təxirə salınıb", - deyə Ü. Əfəndiyeva bildirib.
 
Perspektivdə Dövlət Yol Polisinin cərimələri, vergi orqanlarının və digər dövlət strukturlarının ödənişlərinin "Milliön" sistemi vasitəsilə qəbulu nəzərdə tutulub.

 Bununla yanaşı, "e-Wallet" elektron pul cüzdanı sisteminin tətbiq edilməsi gözlənilir. "e-Wallet" rahat və sadə beynəlxalq ödəniş sistemidir.
 
Bu sistem vasitəsilə bütün dünya üzrə ödənişlərin ötürülməsi və qəbulu mümkündür. Qeyd edək,  hesab mobil telefon vasitəsilə idarə edilir, ödəniş edilərkən istifadəçinin e-mail ünvanına və ya telefonuna uğurlu əməliyyat haqda bildiriş gəlir.
 
Aynur Vəliyeva



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024