12px13px15px17px
Tarix:21/08/15

"Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində növbəti treninq başa çatıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının treninq mərkəzində keçirilən "Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində "ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" treninqi başa çatıb.

Bu münasibətlə təşkil olunan tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin zəruriliyindən danışıb.
O, treninqlərin səmərəli olması üçün Milli Kitabxananın və “Ultra” şirkətinin əməkdaşlarının ciddi çalışmasını qeyd edərək, regionlardan treninqə qatılmış mütəxəssislərə yerlərdə dərhal işə başlamağı tövsiyə edib, onlara uğurlar arzulayıb.
 
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar.
 
Sonda müdavimlərə sertifikatlar təqdim edilib.
 



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024