12px13px15px17px
Tarix:22/08/15

Elektron xidmətdən istifadə etməklə dövlət büdcəsinə 314,1milyon manat vəsait daxil olub

Azərbaycanda nağdsız ödənişlərin təşviqi və miqdarının artırılması istiqamətində Vergilər Nazirliyi, Mərkəzi Bank və Dünya Bankı arasında “Nağdsız əməliyyatların stimullaşdırılması sahəsində” Əməkdaşlıq Sazişinin layihəsi hazırlanıb. Bu barədə “Ictnews.az” elektron xəbər xidmətinə VN-dən məlumat verilib. Nazirlikdən bildirilib ki, sözügedən saziş layihəsi bütün dövlətdaxili proseduralardan keçərək Nazirlər Kabinetinə təqdim edilib. Saziş üzrə bütün maliyyələşmələrin Dünya Bankı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.  Rüsumların, vergilərin, inzibati cərimələrin və digər ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi ilə bağlı işlər 2014-cü ildə də davam etdirilib. Bu elektron xidmətindən istifadə etməklə hesabat ili ərzində dövlət büdcəsinə 1179810 sayda ödəniş əsasında 314,1milyon manat vəsait daxil olub.

Eyni zamanda respublika ərazisində nağdsız ödənişlərin, eləcə də POS-terminallardan istifadənin genişləndirilməsi məqsədilə cari ilin avqust ayından iri ticarət mərkəzlərində “Sürətli keçid üçün nağdsız ödəyin” şüarı altında layihənin tətbiqinə başlanılıb. Layihə çərçivəsində ölkəmizdə POS-terminallar vasitəsilə ödənişin təşviq olunması məqsədilə Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən iri ticarət mərkəzlərində nağdsız ödənişin aparılması üçün 12 vergi ödəyicisinə məxsus 56 təsərrüfat subyektində “Sürətli keçid üçün nağdsız ödəyin” şüarı altında layihə tətbiq olunub. Artıq həmin layihə respublikanın digər regionlarında da reallaşdırılır.

Vergilər Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində bu barədə məlumatlandırma və təbliğat işləri aparılıb, müvafiq videosüjet hazırlanaraq sosial şəbəkələrdə və “Youtube” videohostinqində yerləşdirilib.
 
SEYMUR




Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024