12px13px15px17px
Tarix:24/08/15

Kabel televiziya xidmətlərinin baza paketindən idman kanalları çıxarılmayacaq

Azərbaycan Kabel Operatorları Assosiasiyası (AKOA) yerli kabel televiziya xidmətləri operatorlarının təqdim etdiyi baza paketində yeni tariflərin tətbiqindən sonra idman kanallarının çıxarılmayacağını bildirib.
 
AKOA-nın icraçı direktoru Əli Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, sentyabrın 1-dən vahid xidmət tarifi qüvvəyə minəcək və bu tarif müqabilində müştərilərə 100 kanaldan ibarət baza paketi təqdim ediləcək.

“Bu paketdə mövcud olan idman kanallarının çıxarılması nəzərdə tutulmayıb, istifadəçilər “NTV+” şirkətinin “Futbol 1”, “Futbol 2”, “Futbol 3”, “Sport- Plus” və digər populyar kanallara baxmaqda davam edəcəklər. Bundan başqa onlar “Extra Paket” alaraq 10 əlavə idman kanalı seçərək baxmaq imkanına malik olacaqlar, bu, İngiltərə Liqası, Rusiyanın və digər ölkələrin idman kanalları ola bilər”, - deyə o bildirib.
 
Qeyd edək ki, bu günlərdə kabel televiziyası operatrolarının vahid tariflə xidmət göstərməsinə başlaması ilə bağlı, baza paketlərində kanalların sayının azalacağı və  bu paketlərdən idman kanallarının çıxarılması haqda şayiələr geniş müzakirə mövzusuna çevrilib. Lakin operatorlar baza paketə ən baxımlı kanalları toplayacaqlarını bildiriblər.
 
Aynur Vəliyeva



Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024