Tarix:25/08/15
"ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, yazışmada mobil operatorların radiotezliklərdə birgə istifadəsini nəzərdə tutan qanun layihəsinin çətin taleyindən bəhs edilir.
Sözügedən qanun layihəsi, "Rabitə haqqında" Qanuna, radiotezliklərin birgə istifadəsinə icazə verən dəyişiklik kimi 2014-cü ilin yayında Dövlət Dumasına təqdim edilib, lakin o vaxtdan baxılması məsələsi dondurulub.
Qanun layihəsi radiotezliklərin, radiotezlik çeşidinin istifadəçisinin və subistifadəçisinin çoxsubyektli istifadəsi anlayışını ehtiva edir. İstifadəçi qismində, icazəsi olan rabitə operatoru çıxış edir, subistifadəçi isə bu istifadəçi ilə razılıq əldə edən və tezliklərin istifadəsinə icazə alan digər rabitə operatorudur.
Tezliklərin birgə istifadəsi LTE standartında dördüncü nəsil mobil rabitənin (4G) inkişafı fonunda aktuallaşır. Operator tərəfindən istifadə edilən tezlik zolağı nə qədər geniş olsa, o qədər də yüksək sürətlə xidmət göstərə bilər.
Bundan başqa, 800 MHz diapazonunda Rusiyanın mobil operatorlarının "böyük dördlüyü" – "Вымпелком", "МТС", "Мегафон" və "Tele2" – 7,5 MHz genişliyində olan bloklardan ibarət LTE-tezliklər zolağından istifadə edirlər. Operator avadanlığı isə bu cür "yuvarlaq" genişliyə malik olan zolaq ilə işləyə bilmir, buna görə də onların hər biri ya 5 MHz tezlik zolağından istifadə edəcəklər, ya da bu tezlik zolaqlarını birləşdirməlidirlər.
Prezident Administrasiyası bu qanun layihəsi ilə tanış olaraq onun ikinci oxunuşda baxılması haqda qərar qəbul edib. Dövlət Duması isə onun ikinci oxunuşda baxılmasını təxirə salıb.
Yazışmada bildirilib ki, bu, Prezident Administrasiyasının Baş hüquq idarəsindən daxil olan rəy ilə bağlı olub.
Rəy müqavilənin tərkibi ilə bağlı olub və tezliklərin birgə istifadəsində məsuliyyətin bölünməsi, müqavilənin dəyərini, tezlik çeşidinin hər biri üçün birdəfəlik və ya illik ödənişin edilməsi məsələlərini əhatə edib.
Lakin Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi Radiotezliklər üzrə Dövlət Komissiyası üzərindən LTE-tezliklərin operatorlara, ayrı-ayrılıqda icazələr vermədən, birgə istifadə üçün ayırmaq qərarını qəbul edib.
Sonra isə komissiya "Roskomnadzor" tərəfindən elektromaqnit uyğunluğunun ekspertizasının keçirilməsi və radiotezliklərin ayrılması haqda qərarın qəbul edilməsi qaydalarına dəyişikliklər qəbul edib. Bu dəyişikliklər artıq 2016-cı ilin payız aylarından 800 MHz və 2,5 HHz diapazonlarında LTE tezliklərinin birgə istifadəsinə imkan verəcək.
Aynur Vəliyeva
Rusiyada 2016-cı ildə LTE tezliklərinin birgə istifadəsinə şərait yaradılıb
"Anonim İnternasional" qrupundan olan hakerlər tərəfindən internetdə "Roskomnadzor"un rəhbəri Aleksandr Jarova məxsus olduğu ehtimal edilən yazışma yayılıb."ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, yazışmada mobil operatorların radiotezliklərdə birgə istifadəsini nəzərdə tutan qanun layihəsinin çətin taleyindən bəhs edilir.
Sözügedən qanun layihəsi, "Rabitə haqqında" Qanuna, radiotezliklərin birgə istifadəsinə icazə verən dəyişiklik kimi 2014-cü ilin yayında Dövlət Dumasına təqdim edilib, lakin o vaxtdan baxılması məsələsi dondurulub.
Qanun layihəsi radiotezliklərin, radiotezlik çeşidinin istifadəçisinin və subistifadəçisinin çoxsubyektli istifadəsi anlayışını ehtiva edir. İstifadəçi qismində, icazəsi olan rabitə operatoru çıxış edir, subistifadəçi isə bu istifadəçi ilə razılıq əldə edən və tezliklərin istifadəsinə icazə alan digər rabitə operatorudur.
Tezliklərin birgə istifadəsi LTE standartında dördüncü nəsil mobil rabitənin (4G) inkişafı fonunda aktuallaşır. Operator tərəfindən istifadə edilən tezlik zolağı nə qədər geniş olsa, o qədər də yüksək sürətlə xidmət göstərə bilər.
Bundan başqa, 800 MHz diapazonunda Rusiyanın mobil operatorlarının "böyük dördlüyü" – "Вымпелком", "МТС", "Мегафон" və "Tele2" – 7,5 MHz genişliyində olan bloklardan ibarət LTE-tezliklər zolağından istifadə edirlər. Operator avadanlığı isə bu cür "yuvarlaq" genişliyə malik olan zolaq ilə işləyə bilmir, buna görə də onların hər biri ya 5 MHz tezlik zolağından istifadə edəcəklər, ya da bu tezlik zolaqlarını birləşdirməlidirlər.
Prezident Administrasiyası bu qanun layihəsi ilə tanış olaraq onun ikinci oxunuşda baxılması haqda qərar qəbul edib. Dövlət Duması isə onun ikinci oxunuşda baxılmasını təxirə salıb.
Yazışmada bildirilib ki, bu, Prezident Administrasiyasının Baş hüquq idarəsindən daxil olan rəy ilə bağlı olub.
Rəy müqavilənin tərkibi ilə bağlı olub və tezliklərin birgə istifadəsində məsuliyyətin bölünməsi, müqavilənin dəyərini, tezlik çeşidinin hər biri üçün birdəfəlik və ya illik ödənişin edilməsi məsələlərini əhatə edib.
Lakin Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi Radiotezliklər üzrə Dövlət Komissiyası üzərindən LTE-tezliklərin operatorlara, ayrı-ayrılıqda icazələr vermədən, birgə istifadə üçün ayırmaq qərarını qəbul edib.
Sonra isə komissiya "Roskomnadzor" tərəfindən elektromaqnit uyğunluğunun ekspertizasının keçirilməsi və radiotezliklərin ayrılması haqda qərarın qəbul edilməsi qaydalarına dəyişikliklər qəbul edib. Bu dəyişikliklər artıq 2016-cı ilin payız aylarından 800 MHz və 2,5 HHz diapazonlarında LTE tezliklərinin birgə istifadəsinə imkan verəcək.
Aynur Vəliyeva
Baxış sayı: 642
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır