Tarix:25/08/15
Qeyd edək ki, Moskva Rabitə və İnformasiyalaşdırmaTexniki Universitetinin nəzdində yaradılan adıçəkilən mərkəz region ölkələri üçün nəzərdə tutulub. Belə ki, bu mərkəzdə MDB məkanından olan mütəxəssislərə öz bilik və bacarıqlarını artırmaq istiqamətində müxtəlif mövzular üzrə seminarlar təşkil olunacaq.
Sentyabrda 2 gün davam edəcək treninqdə region ölkələrinin hər birində poçt sahəsində çalışan nümayəndələri iştirak edəcək.
Bu barədə “ICTnews” Elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
O bildirib ki, ilk treninq beynəlxalq poçtun inkişafı, ÜPİ-nin xidmətin keyfiyyətinin artırılması fondundan istifadə və bu sahədəki dünya təcrübələrinin öyrənilməsi, əldə olunan biliklərin bölüşdürülməsi kimi mövzuları əhatə edəcək.
Qeyd edək ki, Regional Treninq Mərkəzinin açılışında və ilk treninqində ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktoru Bişhar Hüseynin də iştirak etməsi nəzərdə tutulub.
SEYMUR
Sentyabrda Regional Treninq Mərkəzinin açılışı olacaq
Gələn ayın 16-17 tarixlərində Ümumdünya Poçt İttifaqının (ÜPİ), Regional Rabitə Birliyinin (RRB), Moskva Rabitə və İnformasiyalaşdırma Texniki Universitetinin birgə təşkilatçılığı ilə yaradılan Regional Treninq Mərkəzinin açılışı və ilk treninqi keçiriləcək.Qeyd edək ki, Moskva Rabitə və İnformasiyalaşdırmaTexniki Universitetinin nəzdində yaradılan adıçəkilən mərkəz region ölkələri üçün nəzərdə tutulub. Belə ki, bu mərkəzdə MDB məkanından olan mütəxəssislərə öz bilik və bacarıqlarını artırmaq istiqamətində müxtəlif mövzular üzrə seminarlar təşkil olunacaq.
Sentyabrda 2 gün davam edəcək treninqdə region ölkələrinin hər birində poçt sahəsində çalışan nümayəndələri iştirak edəcək.
Bu barədə “ICTnews” Elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
O bildirib ki, ilk treninq beynəlxalq poçtun inkişafı, ÜPİ-nin xidmətin keyfiyyətinin artırılması fondundan istifadə və bu sahədəki dünya təcrübələrinin öyrənilməsi, əldə olunan biliklərin bölüşdürülməsi kimi mövzuları əhatə edəcək.
Qeyd edək ki, Regional Treninq Mərkəzinin açılışında və ilk treninqində ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktoru Bişhar Hüseynin də iştirak etməsi nəzərdə tutulub.
SEYMUR
Baxış sayı: 562
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır