12px13px15px17px
Tarix:25/08/15

Ekspertlər internet vasitəsilə ödənişlərin səviyyəsinin artacağını proqnozlaşdırır

"Juniper Research" analitik şirkətinin yeni tədqiqatına əsasən, 2018-ci ilə smartfon, planşet, kompüter və başqa mobil qurğuların köməyi ilə edilmiş illik alış-verişin həcmi ildə 125 milyard dollara yaxınlaşacaq.
 
Ekspertlər hesab edir ki, üç il sonra internet ödənişlərin sayı 60 faiz artacaq. Ortamüddətli artım bir sıra amillərlə (ictimai nəqliyyatda "Wi-Fi" və "4G" texnologiyalarının tətbiqi nəticəsində aktiv inkişaf edən internet üzərindən alış-verişin intensivləşməsi daxil olmaqla) bağlı olacaq.
 
"ICTnews.az"  "payspacemagazine.com" saytına istinadən xəbər verir ki, bu halda rəqəmli əməliyyatların həcmi fiziki formatlardan ("DVD", "CD-ROM") rəqəmliyə keçidlə əlaqədar olaraq daha da artacaq.
 
Eyni zamanda, ekspertlər, həmçinin Çində elektron ticarətin yüksək inkişafını qeyd edirlər.
 
Belə ki, ötən il Çində onlayn satışların həcmi təxminən 450 milyard dollar təşkil edib və bu göstərici üzrə ABŞ-ı (296 milyard dollar) ötüb.
 Nəticədə Çin ən iri internet ticarət bazarıdır, növbəti pillələri ABŞ, Yaponiya, Böyük Britaniya və Fransa tutub.
 
Emil Hüseynov



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024