Tarix:26/08/15
Ağdam TKQ-nin rəisi Hümbət Mustafayevin verdiyi məlumata görə, yeni inzibati binada 1024, Baharlı 1, İmanqulubəyli, Qasımbəyli, Mirəşelli qəsəbələrinin hər birində 128 nömrə tutumlu NGN tipli stansiya qurularaq xətt təsərrüfatının tikintisi aparılır. NGN tipli stansiya vətəndaşların yüksək keyfiyyətli telefon xidmətləri ilə yanaşı, bütün multimedia xidmətlərindən yararlanmasına şərait yaradacaq.
"Biz ağdamlılara ən müasir multimedia xidmətlərini təqdim etmək üçün bütün gücümüzü sərf etmişik. Cəbhə bölgəsində telefonlaşdırılmamış mənzil qalmayacaq. Rayonda olan bütün hərbi hissələr yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunub".
Ağdamda genişzolaqlı internetə böyük tələbat var. Hazırda "aztelekom.net" internet istifadəçilərinin sayı 800-dür. Bundan başqa digər internet provayderləri də abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərirlər.
Genişzolaqlı internet xidmətlərindən yetərincə istifadə etməsi üçün EATS-lərdə ADSL portlarının sayı artırılıb. Bu gün bütün EATS-lərdə internetə çıxış imkanı mövcuddur. Ümumilikdə rayonda telefon abunəçilərinin sayı 3 minə yaxınlaşır.
Əhali CDMA tipli simsiz rabitə xidmətindən də geniş istifadə edir. Bu sistem üzrə 200-ə yaxın abunəçi qeydə alınıb. Bu abunəçilərin böyük əksəriyyəti simli telefonun çəkilməsi hələlik çətin olan cəbhəyanı kəndlərin payına düşür.
RƏVAN
Ağdamın cəbhə bölgəsində telefonlaşdırılmamış mənzil qalmayacaq
Ağdamın bütün kəndlərinin yüksək keyfiyyətli telefon və internet xidmətləri ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Artıq optik kabellər çəkilib.Ağdam TKQ-nin rəisi Hümbət Mustafayevin verdiyi məlumata görə, yeni inzibati binada 1024, Baharlı 1, İmanqulubəyli, Qasımbəyli, Mirəşelli qəsəbələrinin hər birində 128 nömrə tutumlu NGN tipli stansiya qurularaq xətt təsərrüfatının tikintisi aparılır. NGN tipli stansiya vətəndaşların yüksək keyfiyyətli telefon xidmətləri ilə yanaşı, bütün multimedia xidmətlərindən yararlanmasına şərait yaradacaq.
"Biz ağdamlılara ən müasir multimedia xidmətlərini təqdim etmək üçün bütün gücümüzü sərf etmişik. Cəbhə bölgəsində telefonlaşdırılmamış mənzil qalmayacaq. Rayonda olan bütün hərbi hissələr yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunub".
Ağdamda genişzolaqlı internetə böyük tələbat var. Hazırda "aztelekom.net" internet istifadəçilərinin sayı 800-dür. Bundan başqa digər internet provayderləri də abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərirlər.
Genişzolaqlı internet xidmətlərindən yetərincə istifadə etməsi üçün EATS-lərdə ADSL portlarının sayı artırılıb. Bu gün bütün EATS-lərdə internetə çıxış imkanı mövcuddur. Ümumilikdə rayonda telefon abunəçilərinin sayı 3 minə yaxınlaşır.
Əhali CDMA tipli simsiz rabitə xidmətindən də geniş istifadə edir. Bu sistem üzrə 200-ə yaxın abunəçi qeydə alınıb. Bu abunəçilərin böyük əksəriyyəti simli telefonun çəkilməsi hələlik çətin olan cəbhəyanı kəndlərin payına düşür.
RƏVAN
Baxış sayı: 492
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır