12px13px15px17px
Tarix:26/08/15

Təhsil Nazirliyi informatika fənninin təhsil proqramından çıxarılma məsələsinə aydınlıq gətirib

Azərbaycan Təhsil Nazirliyi növbəti tədris ilində 50 məktəbdə yuxarı siniflərdə təmayüllü təhsil sisteminin tətbiqi üzrə pilot layihənin həyata keçirilməsinə başlamaq niyyətindədir.
 
Nazirlikdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu sistem 10-11-ci siniflərdə (gələcəkdə isə 11-12-ci siniflərdə) məktəblilərin  seçdikləri peşə ixtisası üzrə qəbul imtahanlarına hazırlıq dərslərinin keçirilməsinə həsr olunmasını nəzərdə tutur.
 
“Bu gün mövcud olan sistemdə humanitar peşə ixtisasları qrupu üzrə imtahan verəcək uşaqlar 10-11-ci siniflərdə onlara lazım olmayan fizika, kimya, biologiya və s. fənlərə vaxt itirirlər və imtahan verməli olurlar, halbuki bu elmlər üçün ümumiləşdirimiş bir fənn yaradaraq şagirdlərə ümumi məlumat vermək olar. Bu fənlər arasında, informatika, konstitusiya bilikləri, həyat bilgisi kimi fənlər var. Digər tərəfdən, qəbul imtahanları zamanı İKT istiqaməti üzrə peşələrə sahib olmaq istəyən abituriyentlər kimyadan imtahan verməlidirlər. Misal üçün, gələcək proqramçının peşəkar fəaliyyətində heç bir rolu yoxdur. Kurrikulum sistemi üzrə təhsil alan şagirdlər buraxılış-qəbul imtahanlarında dərs aldıqları informatika fənnindən isə hazırda imtahan vermirlər, baxmayaraq ki, işə qəbul zamanı informatika üzrə biliklərin olması tələb olunur”, - deyə nazirlikdə bildiriblər.
Yaxın iki il ərzində yuxarı siniflərdə təmayüllü tədris sisteminə keçid pilot layihəsi çərçivəsində nəzərdən keçiriləcək və sonra artıq 12 illik təhsil sisteminə keçid nəzərdə tutulur. Gələn il artıq kurrikulum sistemi ilə 9 il təhsil almış şagirdlərin ilk buraxılışı və qəbul imtahanı olacaq və bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tam yeni, kurrikuluma uyğun sistem üzrə qəbul imtahanları keçirəcək. Məhz buna görə də  ilin sonuna kimi informatika fənninin buraxılış-qəbul imtahanları siyahısına salınması məsələsi həll olunmalıdır.
“Sentyabr ayında TQDK bu məsələnin müzakirəsinə başlayacaq və yəgin ki, bununla bağlı müsbət qərar qəbul ediləcək. Çox yaxın zamanda vahid buraxılış - qəbul imtahanı sisteminə keçid gözlənilir ki, bu da gəncləri əlavə çətinlikdən və stressdən azad edəcək. Bundan başqa, Təhsil Nazirliyi ilə TQDK gələcəkdə qəbul imtahanlarının qruplar üzrə keçirilməsi məsələsinə yenidən baxacaqlar və ola bilsin, qəbul imtahanları fərqli şəkildə və əlavə olaraq İKT istiqaməti üzrə də keçiriləcək”, - deyə nazirlikdən qeyd ediblər.
 
Aynur Vəliyeva



Baxış sayı: 676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024